Məhkəmə qərarları › İş №2(002)-2856/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2856/2021

04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2856/2021 04.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli Qətnaməsi ilə 03 aprel 2014-cü il təvəllüdlü X1 üçün ondan hər ay uşağa görə sabit pul məbləğində tutulması müəyyən edilən 150 (yüz əlli) manat alimentin miqdarının dəyişdirilməsi və alimentin yeni qazancının yəni 250 (iki yüz əlli) manat əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.08.2020-ci il tarixdə Bakı şəhər, Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və bu nikahlarından 03.04.2021-ci il tarixdə X7 adlı qız övladları doğulmuşdur. Aralarında olan nikah qeydi, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli, iş № 2(002)-2667/2020 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından anadan olmuş qızları X7, Cavabdeh Gülarə Abbas qızının yanında qalmaqla qızı Zərifin saxlanılması üçün ondan hər ay uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsini qərara almışdır. 21.03.2021-ci il tarixdən "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətində semiçka sexində operator vəzifəsində çalışır və 250 (iki yüz əlli) manat əmək haqqı alır. Alimentin miqdarı çox olduğu üçün, eyni zamanda onun 21.08.2020-ci il tarixdə, Bakı şəhəri, Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş həyat yoldaşı Əliyeva (Yusibova) Xatirə Yaşar qızından dünyaya gəlmiş oğlu, 03.04.2021-ci il tarixdə anadan olmuş X5 da saxlanılması üçün aldığı əmək haqqının çox az olduğundan, aldığı əmək haqqı onun ödənilməsini təmin edə bilmir. O özü də məcburi köçkün olduğuna görə onu başqa işə götürməmələri nəticəsində onun ödənilməsinə yetmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı isə olduqca çoxdur və buna maddi vəziyyəti imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək, 1 ay olar ki işlədiyini, 250 manat maaş aldığını, ailəli olduğunu və 1 uşağının olduğunu, əmək haqqının 1\3 hissəsi miqdarında aliment ödənilməsinə razı olduğunu, maddi imkanı yaxşı olsa, daah çox aliment ödəməyə razı olduğunu, hətta uşağının hazırlıq, dərsləri ilə bağlı əlavə xərcləri olduğu halda, maddi imkanı çatdığı qədər iştirak etməyə hazır olduğunu, uşağının saxlanamsından heç vaxt yayınmaq istəmədiyini, sadəcə maddi vəziyyətinə uyğun alimentin miqdarının müəyyən eidlməsini istədiyini, onun özünün də ödəyə bilmədiyi məbləğdə aliment təyin eidlməsinin onu pis vəziyyətə saldığını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək, nəvəsi üçün hər şey etməyə hazır olduğunu,oğlunun və onların maddi vəziyyətinin nəzərə alınmasını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddiaçının aliment kəsiləndən pul ödəmədiyini, 80 manat hazırlığa pul verdiyini, xəstə atasının olduğunu, 170 manat aliment istədiyini, iddiaçının başqa gəlirinin olması barədə məlumatının olmadığını, 450 manat aliment borcunun qaldığını, özünün atasına baxdığından işləmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Qaradağ rayon məhkəməsinin 2(002)-2667/2020 saylı 02 dekabr 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, İddiaçı 03.04.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 570811 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03.04.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X8r. İş materiallarında olan, Safari Group MMC tərəfindən verilmiş 25.08.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X6 Group MMC-də avadanlıq operatoru vəzifəsində (peşəsində) işləyir və onun aylıq vəzifə maaşı 250 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla alimentin miqdarı azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan övladının olması və yetkinlik yaşına çatmamış uşağın cavabdehdə yanında qalması, həmçinin onların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı olmuşdur. Müvafiq məhkəmə qətnaməsinə əsasən iddiaçının birgə nikahdan olan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehə hər ay 170 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iş yerinə malik olmaqla, aylıq vəzifə maaşı 250 manat təşkil edir. Habelə, hazırda iddiaçı ailəli olmaqla 1 övladı vardır. Bundan əlavə, məhkəmə iclasında iddiaçının verdiyi izahatından aydın olur ki, onun əmək haqqına aylıq vəzifə maaşından əlavə digər gəlirləri yoxdur. Həmçinin, məhkəmə iclasında iddiaçı izahat verərək, hər ay 170 manat sabit pul məbləğində aliment tutulması ilə razı olmadığını, hazır ki əmək haqqı ilə ödəyə bilmədiyini bildirərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək, etirazın əsası kimi özünün işləməməsi, uşağın aylıq xərcinin çox olması kimi hallara istinad etsə də, qeyd eidlən hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı, ididaçının başqa gəlirlərinin olması halı müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə qanunvericiliyin təhlilindən aydın olur ki, uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcudur. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə aliment ödəmək öhdəliyi daşıyan valideyn qimsində çıxış edən iddiaçının maddi vəziyyətində baş vermiş dəyişkliyin, habelə onun rəsmi işyeri və aylıq əmək haqqına malik olması halının aşkar olmasını, başqa gəlirlərinin olması halının sübut olunmamasını, eləcə də bu kimi halların iddiaçının aliment məbləğinin ödənilməsində çətinlik çəkməsinə və onun maddi cəhətdən pis vəziyyətə düşməsinə səbəb olmasının, habelə uşağın saxlanması öhdəliyinin hər iki valideynin üzərinə düşməsi halının nəzərə alınması məqsədəmüvafiqdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.12-ci bəndində qeyd olunmuşdur ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə ailə qanunvericiliyinin normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2667/2020 saylı, 02.12.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilərək, X2 03.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2667/2020 saylı, 02.12.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı dəyişdirilərək, İddiaçı 03.04.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar