Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2921/2021 01.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ünvan 4 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 4 qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o-İddiaçı ilə X5 arasında 11 dekabr 2020 - ci il tarixdə 3M-390 və 3M-391 reyestr saylı kredit müqavilələri bağlanmışdır. Qeyd edilən borc müqavilələrində onun X2 50.000 (əlli min) manat borc almağı qeyd edilmişdir. 3M-390 və 3M-391 reyestr saylı kredit müqavilələrinin 1-ci bəndinə əsasən, “Borc verən” “Borc alana” 50 000 manat məbləğində pulu 3 (üç) ay müddətinə tam şəkildə depozit hesabı vasitəsilə qaytarması şərti ilə borc verir.Qeyd olunan müqavilələrin 3 -cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Lakin o, X4 20 000 manata yaxın pul qaytarılmasına baxmayaraq,ödədiyi məbləğlər ümümi borc məbləğindən çıxılmamışdır. Bununlada “Borc verən” tərəfindən müqavilələrin 3 - cü bəndinin şərtləri kobudcasında pozulmuşdur.Belə ki, ödədiyi məbləğlər faizə çıxılıbsa,bu müqavilənin şərtlərinin pozulması deməkdir və kredit müqaviləsi ləğv olunmalıdır.Belə ki təqdim edilmiş sübutlardan müəyyən olunur ki, “borc verən” ə ödədiyi məbləğlər icra qeydlərində nəzərə alınmamış və bu 31.08.2021-ci il tarixdə verilmiş icra qeydlərinin qanunsuz və əsassız olmasını sübut edir. 04.04.2021-ci il tarixdə ödənilmiş 172 manat,10.04.2021 - ci il tarixdə ödənilmiş 150 manat,01.05.2021-ci il tarixdə ödənilmiş 100 manat,07.05.2021 - ci il tarixdə ödənilmiş 300 manat,10.06.2021- ci il tarixdə ödənilmiş 200 manat məbləğində pul vəsaitləri icra qeydlərində nəzərə alınmamaqla onun qanunla qorunan hüquqlarım kobudcasına pozulmuşdur.Qeyd etmışdır ki, icra qeydini rəsmi qaydada almamış və barəsındə icra qeydinin verilməsini bu günlərdə Qaradağ rayon icra və probasiya şöbəsinə dəvət edilərkən bilmiş və icra qeydindən şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti buraxmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ünvan 4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan icra qeydinin məzmunundan görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X7 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1069, BAKİ ŞƏHƏRİ Səbail RAYONU, Badamdar qəəbəsi Hasilov küçəsi, ev 125C MƏNZİL 11 ünvanında qeydiyyatda olan X3 (AA1901180,13.08.2020-asan 3: FİN: 4JG9W5F; d/t 06.02.1975) xeyrinə BAKİ, Sənqəçal qəsəbəsi, ev 46,mənal 2 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdü İddiaçı (AZE0*******,04.04.2011-Qaradağ RPİ; FİN xxxxxxx; d/t xx.xx.1975) 3M-390 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 26000,00 manat(iyirmi altı min manat sıfır qəpik) tutulsun. İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 26020 manat pul tutulsun. Reyestrdə icra qeydi 8İ-6685 reyestr nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan icra qeydinin məzmunundan görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X7 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1069, ünvan 2 ünvanında qeydiyyatda olan X3 (AA1901180,13.08.2020-asan 3: FİN: 4JG9W5F; d/t 06.02.1975) xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdü İddiaçı (AZE0*******,04.04.2011-Qaradağ RPİ; FİN xxxxxxx; d/t xx.xx.1975) 3M-391 reyestr nömrəli kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 24000 manat(iyirmi dörd min manat, sıfır qəpik) tutulsun. İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu(haqq) olmaqla, cəmi 24020 manat pul tutulsun.Reyestrdə icra qeydi 8İ-6686 reyestr nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 11.12.2020-ci il tarixli Kredit sazişinin məzmunundan aydın olur ki, X5 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən X5 tərəfindən İddiaçı 24000 manat məbləğində pul vəsaiti 3 ay müddətində(11.03.2021-ci il tarixə ) kredit verilmişdir. Reyestrdə 3M-391 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 11.12.2020-ci il tarixli Kredit sazişinin məzmunundan aydın olur ki, X5 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən X5 tərəfindən İddiaçı 26000 manat məbləğində pul vəsaiti 3 ay müddətində (11.03.2021-ci il tarixə ) kredit verilmişdir Reyestrdə 3M-390 nömrə ilə qeyd edilmişdir. İş materialarından 11.12.2020-ci il tarixli qəbzlərdən görünür ki, 1928 saylı 11.12.2020-ci il tarixli və 1929 saylı 11.12.2020-ci il tarixli kredit müqavilələri üzrə X5 tərəfindən İddiaçı hesabına ayrı ayrılıqda 24000 manat və 26000 manat olmaqla cəmi 50000 manat pul köçürülmüşdür. İş materiallarında olan 11.12.2020-ci il tarixli X5 tərəfindən ünvan 4 ünvanlanmış ərizələrdən görünür ki, X1 Nəzakət Gülmirzə qızına 3 ay müddətinə verdiyi 50000 manat məbləğdə pulu Bakı şəhəri 8 saylı notariat ofisindən onun deposit vasitəsi ilə verilməsinin təmin edilməsini xahiş etmişdir.(24000 manat və 26000 manat) İş materiallarında olan 11.12.2020-ci il tarixli İddiaçı tərəfindən ünvan 4 ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı Bakı şəhəri 8 saylı notariat ofisindən X5 tərəfindən ona verilmiş 50000 manat məbləğdə pulu ona verilməsinim təmin edilməsini xahiş etmişdir.(24000 manat və 26000 manat) İş materialalrından olan qəbzlərdən görünür ki müştəri adı soyadı :X10: hesab nömrəsi ******************** olan 4****3709 saylı kartın nömrəsinə 04.04.2021-ci il tarixdə ödənilmiş 172 manat,10.04.2021-ci il tarixdə ödənilmiş 150 manat, 01.05.2021-ci il tarixdə ödənilmiş 100 manat,07.05.2021-ci il tarixdə ödənilmiş 300 manat,10.06.2021- ci il tarixdə ödənilmiş 200 manat məbləğndə pul köcürülmüşdür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il trailxi 156 №-li Qəraraı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında 11.12.2020ci il tarixdə kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən 24000 manat və 2600 manat cəmi 5000 manat məbləğində pul vəsaiti 3 ay müddətində faizsiz kredit verilmiş, iddiaçı həmin məbləğdə krediti 3 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən tələbkar X3 müraciəti əsasında borclu İddiaçı 11.12.2020-ci il tarixli kredit müqavilələri üzrə yaranmış borcuna dair 21.08.2021-ci il tarixli icra qeydləri aparılmışdır. Həmin icra qeydləri üzrə borclu İddiaçı 11.12.2020-ci il tarixli kredit müqavilələri (3M-390 və 3M-391 saylı) üzrə ödənilməmiş 24000 manat və 26000 manat olmaqla cəmi 50000 manat məbləğində borcun tutulması müəyyən edilmişdir. İddiaçı notairusun icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi notariusun icra qeydi tərtib edilərkən ona məlumat verilmədiyini, borcunun düzgün yazılmadığı kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydləri verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinin və həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olması ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan (i/v-28) Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydlərinin aparılmasına əsas olan sənədlərin surəti 25.11.2021-ci il tarixli 2881 saylı məktubla Qaradağ rayon məhkəməsinə təqdim olunmuşdur.Məktubdan müəyyən olunur həmin sənədlər kredit sazişi(2 ədəd), kreditləşmə və xidmət şərtlərinə dair ərizələr(iki ədəd), mədaxil orderləri- (2ədəd) olmuşdur.Göründüyü kimi, təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydləri aparılarkən qanunvericiliyin tələbləri pozularaq, əsaslandığı sənədlər arasında tələbkar tərəfindən cavabdehə icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildirişin göndərməli olması halını və eyni zamanda borcun mübahisəsizliyi halının şübhə yaratması vəziyyəti nəzərə alınmamışdır Beləliklə,Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydləri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli, 8İ-6685 və 8İ-6686 reyestr nömrəli icra qeydləri ləğv edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh ünvan 4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2921/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2921/2021
01.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver