Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3037/2025 21.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2049/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı 02 iyun 2012-ci il təvəllüdlü X6 və 06 yanvar 2014-cü il təvəllüldü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1301/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi əsasən, X7 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə Xəzər rayon Qeydiyyat şöbəsi 247 saylı akt ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 02 iyun 2012-ci il təvəllüdlü X6 və 06 yanvar 2014-cü il təvəllüldü X8 anası X3 himayəsində və yanında saxlanılması qət edilmişdir.
İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında (lakin 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmayan məbləğdə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o Tağıyeva (nikahda olarkən Nağıyeva) Süsənbər Tahir qızı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladı vardır. Bunlar xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X4r. Cavabdeh ilə ailə quran tarixdən 2023-cü ilin əvvəllərinədək (yanvar ayının ortalarınadək) ailəsi ilə, övladları ilə birgə bir yerdə yaşamış, birgə təsərrüfat aparmışlar. 2023-cü ilin əvvəllərində cavabdeh uşaqlarla yaşadığı evi tərk etdi və həmin ilin mart ayının sonunda Qaradağ rayon məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tutulması tələblərinin təmin olunmasını xahiş etmişdir. Qaradağ rayon məhkəməsinin e-16(002)24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə alimentin müvəqqəti tutulmasına dair ərizə qismən təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək məndən övladlarının saxlanması üçün hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində müvəqqəti alimentin tutularaq S.Nağıyevaya ödənilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadı Xəzər rayon icra şöbəsinə daxil olduqdan və araşdırıldıqdan sonra ona və S.Nağıyevanın özünə də məlum olmuşdur ki, onun ona qarşı əvvəllər də aliment tələbi ilə bağlı iddiası olub və bu barədə Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı məhkəmə qətnaməsi vardır. Bundan sonra Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan müvəqqəti təminat tədbiri barədə qərardad ləğv olunmuşdur. Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra ona məlum olmuşdur ki, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə X7 ona qarşı iddia ərizəsi ilə Bakı Şəhər Xəzər rayon məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün ondan əmək haqqının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək xx.xx.2019-cu il tarixdən İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində aliment tutularaq İddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6698/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qaradağ rayon məhkəməsinin e-2(002)-1301/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahının pozulması, övladlarından X6 onunla qalması, digər övladı X2 isə cavabdehlə qalması qət edilmişdir. Bundan sonra 2023-cü ilin avqust ayından başlayaraq ondan iki uşağa görə Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı Qətnaməsi ilə müəyyən edilmiş aliment tutulmağa başlamışdır. Baxmayaraq ki, Qaradağ rayon məhkəməsinin e- 2(002)-1301/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 mənimlə qalması müəyyən edilmişdir amma bu günədək ondan iki uşağa görə aliment tutulur. Yəni beləliklə o: 1. S.Nağıyeva ilə bir ailə, bir ocaq olduğu, birgə yaşayıb, birgə təsərrüfat apardığı dövrdə ondan xəbərsiz qaldırdığı iddia nəticəsində heç bir günahı, xəbəri olmadan 2019-2023-cü illərin alimentini-əmək haqqının 50% miqdarında; 2. X6 onunla qalması müəyyən edildiyinə baxmayaraq 2023-cü ildən həm də iki uşağa görə aliment-əmək haqqının 1/3 miqdarında aliment ödəməyə məcbur olunur. Bildirir ki, oğlu Ayxan hələ Qaradağ rayon məhkəməsində nikahın pozulmasına dair iş getdiyi zamandan könüllü olaraq onun yanına qayıdıb və o gündən də himayəsindədir. Həmin qətnamədən Cavabdeh şikayət verməyib və qətnamə qanuni qüvvəyə minmişdir. Hər iki uşaq üçün aliment ödəməklə bərabər himayəsində olan Ayxanın bütün maddi və mənəvi ehtiyacları ata olaraq onun tərəfindən ödənilir. Amma eyni zamanda Ayxan onun himayəsində ola-ola o bu günədək cavabdehǝ iki uşağa görə -həm mənim himayəmdə qalan Ayxan həm də cavabdehin himayəsində qalan oğlu Tamerlana görə aliment ödəyir. Üstəlik S.Nağıyevanın əsassız iddiası üzrə ona 2019-2023-cü illər üçün yığılıb qalmış alimenti də borc olaraq ödəyir Belə ki, hər ay əmək haqqından 50% + əmək haqqımın 1/3 hissəsi tutularaq cavabdehə ödənilir. Bu hal onu hədsiz dərəcədə maddi yoxsulluğa sürükləyir. Belə ki, yalnız əmək haqqı alır əlavə heç bir qazancı, gəliri, heç bir daşınar və daşınmaz əmlakı yoxdur, banklara kredit borcu var. Hesab edir ki, bu tamamilə qanunsuzdur və onu olduqca ağır maddi çətinliyə düşməyinə səbəb olur. Ailə Məcəlləsinin 75.4.-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqlar üçün tutulan alimentin məqsədi uşağın mənafeyinə xidmət etməklə, onun zəruri ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Məlumat üçün bildirir ki, cavabdeh əmək fəaliyyəti ilə məşğuldur və X12 işləyir. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki cavabdehlə ayrılmışdır və uşaq hal-hazırda onun himayəsində yaşayır. Odur ki, aliment iddiasının təmin edilməsini xahiş edir.
6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
8. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə görə, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 110.1-ci maddəsinə görə, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə görə, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
13. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarı: Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarı: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
b ) Əsaslandırma
15. İddia əsaslıdır.
16. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflərin iki övladı doğulmuşdur: Ayxan (13 yaş) və Tamerlan (11 yaş). 02 iyun 2012-ci il təvəllüdlü X9 halhazırda iddiaçının himayəsində olduğu üçün iddiaçı övladının saxlanması üçün alimentin tutulmasını xahiş edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ayxan hazırda atasının yanında yaşayır, cavabdeh övladının saxlanmasında iştirak etmir, hətta əksinə iki uşaq üçün onun xeyrinə aliment tutulması barədə qətnamə qüvvədədir.
18. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ...Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
21. İddiaçının alimentin cavabdehin qazancından hissə şəklində tutulması barədə tələbini nəzərə alaraq məhkəmə araşdırma apararaq müəyyən etmişdir ki, cavabdeh "xxxx" QSC-də inspektor vəzifəsində çalışaraq 913 manat əmək haqqı alır.
22. Məhkəmə cavabdehin qazancı və gəlirlərini, iddiaçının alimentin cavabdehin əmək haqqından hissə şəklində tutulması ilə bağlı tələbini, uşağın üstün mənafeyini nəzərə alaraq hesab edir ki, Ailə Məcəlləsinin tələbinə əsasən, cavabdehin qazancının və gəlirlərinin bir uşağa görə 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməli və alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
24. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
25. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
26. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
27. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan 47.39 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.
Nəticə
28. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
29. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddiaçının azad edildiyi 47.39 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova