Məhkəmə qərarları › İş №2(002)-3052/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3052/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3052/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.12.-2022-ci il tarixli 2(002)- 3060\2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193(yüz doxsan üç) manat alimentin miqdarı onun ailə və maddi vəziyyətində dəyişikliklərin olmasını nəzərə alınaraq azaldılması və alimentin məbləğinin 100(yüz) manat müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əvvəllər Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini X4 ilə faktiki nikaha girərək ailə qurmuşdular. Lakin 2022-ci ildə Aysel ondan ayrılaraq valideynlərinin yanına getmişdir. Birgə nikahdan 2022-ci il təvəllüdlü qızı X5 dünyaya gəlmişdir. Aysel 2022-ci ildə Qaradağ rayon məhkəməsində övladının saxlanmsı üçün aliment tələbinə dair iddia qaldırmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnarnəsinə əsasən uşağın saxlanması üçün 193(yüz doxsan üç) manat alimentin tutulması müəyyən edilmişdir. O,əvvəlki vaxtlarda heç bir yerdə işləməsə və heç bir yerdən qazancı və gəliri olmasa da məcbur qalıb qohumlarının və yaxınlarının köməyi ilə, eləcə də fərdi işlər görməklə az miqdarda pul qazanaraq uşaq üçün təyin olunmuş alimenti ödəmişdir. Lakin son illərdə səhhətində yaranan problemlərlə əlaqədar olaraq əmək qabiliyyəti zəiflədiyindən fərdi işlər görə bilmir və alimenti ödəməkdə çətinliklər çəkir. Bildirir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və iş axtarmaq məqsədilə X7 müraciət etmişdir. Onun öz adına şəxsi evi yoxdur və bu səbəbdən də atasına məxsus evdə yaşayır. Eləcə də mülkiyyətində heç bir əmlakı yoxdur ki, oradan qazancı olsun. (bu barədə rəsmi arayışımı ərizəsınə əlavə edir)Yaşayış vəziyyəti çətin olduğundan və ona qulluq edən bir şəxs olmadığından məcbur qalıb 2024-cü ildə Neftçala rayonu Qaraqaşlı kənd sakini X6 ilə nikaha girmişdir və həyat yoldaşı hazırda hamilə vəziyyətindədir və onun özünə də qulluq lazımdır. Bütün bu səbəblərə görə də o məhkəmə tərəfindən təyin olunmuş alimenti tam ödəməkdə çətinlik çəkir və bu səbəbdən də alimentin miqdarını azaldılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunua uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh evlənmiş, hazırda o aliment ödəməkdən imtina etmir sadəcə məbləğinin azaldılmasını xahiş edir. O da yenidən evlənib, həyat yoldaşı hamilədir. Onun həm maadi vəziyətinin, həm ailə vəziyətinin dəyişməaini nəzərə alınmasını xahi etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 xx.xx.2024-cü il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Uşaq hələki balaca olduğun onun özü heç harada işləmir, eyni zamanda hazırda alimrent tutulan vaxta nəzərən uşaq böyüdüyündən onun xərcləri də artmış olur və bu səbəbdən aliment məbləğinin azaldılmasını dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 3060/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq, X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 604163 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında nikah xx.xx.2024-cü il tarixdə 246 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Respublika üzrə İddiaçı hər hansı bir daşınmaz ımlak üzərində mülkioyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestinin mövcud arxiv materiallarında və elektron məlumat bazasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Salyan Rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və onun adına kommunal ev mövcud deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemnin məşulluq haqqında arayışından görünür ki, İddiaçı “işsiz” kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan “alimentin azaldılması barəsində” ilkin mediasiya sessiyası prosedurunu keçmişdirlər. Məhkəmə hazırki mülki iş ilə bağlı qeyd edir ki, tərəflərin 1 övladının olması və azyaşlı uşağın cavabdehin yanında qalması, həmçinin onların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı özünün səhhətinin, maddi və ailə vəziyyətinin nəzərə alınaraq aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını müdafiə etmişdir. Cavabdeh isə etiraz edərək iddia tələbini qəbul etməmişdir. Etirazını isə uşağın hələ balaca olması səbəbindən özünün işləmədiyi və hazırki vəziyyətdə təyin edilmiş alimentin məbləğinin böyüməkdə olan uşağın təminatlarına kifayət etmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahdan doğulmuş uşaq cavabdehin himayəsindədir və onun iddiaçıdan hər bir uşağa görə 160 manat məbləğində aliment alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən azyaşlı uşağın saxlanması üçün hazırda iddiaçı tərəfindən bir uşağa görə hər ay ödənilən 193 manat aliment miqdarı hazırda uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (235 manatdan) azdır. Uşağa qulluq edən, onların sağlamlıq və məişət qayğılarını bilavasitə çəkən cavabdeh A.Mənsimovanın isə maddi cəhətdən imkanları məhduddur. Məhkəmə hesab edir ki, qanunvericilkidə alimentin tutulması üçün valideyinin işləməsi və ya kifayət qədər imkana malik olması məcburi şərt kimi müəyyən edilməmişdir. Həmçinin iddiaçı özünün səhhətində problemlərin olduğuna istinad etsə də, məhkəmə qeyd edir ki, iddiaçı onun səhətində işləməyi-əmək qabiliyyətini istisna edəcək dərəcədə problemlərinin olduğuna dair halları sübut edə bilməmişdiir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddia təmin edilməməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh X3 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50(əlli)manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar