Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3183/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi(anası) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh əmək haqqına yönəldilməklə qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, o, Cavabdeh ilə 2020-ci il tarixdə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamışlar. Birgə yaşadıqları müddət ərzində xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh könüllü olaraq atalığı qəbul etmiş, lakin nikahını rəsmiləşdirməmişdir. Hal-hazırda cavabdehlə ayrılmışlar və uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Cavabdeh “Azfen” də işləməklə 2000 manata yaxın əmək haqqı alır. Lakin kifayət qədər gəlirə malik olsa da uşağına maddi yardım etmək istəmir. O, isə uşaq körpə olduğuna görə işləyə bilmir və uşağı tək saxlamaqda çətinlik çəkir. Həmçinin O, mediasiya sessiyasına müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV № 761527 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 anası- İddiaçı, atası- Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ № 435268 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 atası hesab edilmiş və bu xx.xx.2022-ci il tarixdə atalığın müəyyən edilməsi akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki,tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. İşin məhkəmə iclasında iddiaçının izahatı ilə və iş materialları ilə müəyyən edilmiş hallarından görünür ki, tərəflər faktiki nikaha daxil olmuş, onların bir yetkinlik yaşına çatmayan uşaqları var, hazırda tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. İddiaçı birgə nikahdan olan yetkinlik yaşina çatmayan uşağa aliment tələb edir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının faktiki nikahdan doğulan yetkinlik yaşına çatmayan uşağa hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin təyin edilməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 76.1 və 76.1.1. maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə- qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda aliment tutulur. Məhkəmə işin hallarını, Ailə Məcəlləsinin 76-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, hazırki iş üzrə bir uşaq üçün cavabdehdən iddiaçının xeyrinə cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-3183/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3183/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver