Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3227/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndə və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “gecə növbəsi üzrə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqına əlavələrin və bayram günləri üzrə faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, hazırda hakimin icraatında cavabdeh qismində "xxxx" MMC-nə müxtəlif iddiaçılar tərəfindən verilmiş eyni mahiyyətli e-2(002)-3102/2023.,e-2(002)- 3227/2023., e-2(002)-3446/2023., e-2(002)-3159/2023., e-2(002)-3760/2023 mülki işlərin olduğunu bildirərək, qeyd olunmuş mülki işlərin müxtəlif iddiaçılar tərəfindən verilmiş bütün işləri e-2(002)-3102/2023 nömrəli işə birləşdirərək hamısına eyni icraatda baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı -2(002)-3227/2023 mülki işin e-2(002)- 3102/2023 saylı mülki işə birləşdirilərək baxılmasına heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə ifadəsini dinləyib və vəsatəti tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 2(002)-3227/2023 mülki iş e-2(002)-3102/2023 nömrəli mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Digər tərəfdən göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, e-2(002)-3227/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə birləşdirilməli, həmin işlə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-3227/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3227/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3227/2023
05.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver