Məhkəmə qərarları › İş №2(002)-3228/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3228/2023

11.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3228/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3104/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırki mülki işin e-2(002)-3104/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi və birləşdirilmiş mülki işə e-2(002)-3104/2023 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflər bu barədə məlumatlı olduqlarını və mülki işlərin birləşdirilməsinə hər hansı etirazlarının olmadığını bildirdilər. Məhkəmə izahatları dinləyib, müvafiq iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə e-2(002)–3228/2023 saylı mülki işin iddiaçı X2 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-3104/2023 saylı mülki işlə bir icraatda birləşdirildiyi və bundan sonra məhkəmə icraatının e-2(002)-3104/2023 nömrəsi ilə davam etdirildiyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə e-2(002)–3228/2023 saylı mülki işin iddiaçı X2 "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-3104/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin və bundan sonra məhkəmə icraatı e-2(002)-3104/2023 nömrəsi ilə davam etdirilsin. 2(002)-3228/2023 saylı mülki işə xitam verilsin. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar