Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3272/2023 06.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin yenidən müəyyənləşdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin yenidən müəyyənləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3800/2022 saylı qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş iki uşağın saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsində və əlavə olaraq hər uşaq üçün 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehi işlə təmin edən təşkilat hər ay olmaqla alimentin ödənişini "xxxx" ASC vasitəsi ilə kart hesabına köçürür. Ərizəyə əlavə etdiyi kart hesabından çıxarışdan görünür ki, 2023-cü ilin ötən 8 ayında müxtəlif məbləğlərdə olmaqla, orta hesabla hər uşaq üçün 172 manat aliment ödənilmişdir. Bu da, 2023-cü ildə bir uşağın saxlanılması üçün müəyyən edilmiş minimum məbləğdən 48 manat azdır. Bu günkü istehlak mallarının qiymətlərini nəzərə alaraq hesab edir ki, 172 manat aliment məbləği bir uşağın saxlanılması üçün çox azdır. Ona görə ki, bir uşağın qida və geyimlə təmin edilməsinə kifayət etmir. Məbləğin az miqdarda hesablanmasının səbəbi odur ki, cavabdeh işlədiyi təşkilatda iş həftəsi günlərinin hamısını tam işə çıxmır, öz hesabına məzuniyyət almaqla, yaxud ona məlum olmayan başqa qayda ilə işdən yayınaraq, bir qayda olaraq iş həftəsinin xeyli hissəsini Lökbatan şəhər bazarında fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, meyvə-tərəvəz satır. Bu səbəbdən, iş yerində işlədiyi işə görə əmək haqqı az hesablanır və az miqdarda da aliment tutulur. Alimentin ödənişi üçün olan kart hesabından çıxarışdan görünür ki, cavabdehin gəlirləri qeyri-müntəzəmdir və hər ay dəyişir. Gəlirlərin qeyri-müntəzəm olmasının səbəbi yuxarıda tərəfindən göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin sabit pul məbləğində hissəsi artırılmalıdır, yaxud da aliment ümumilikdə sabit pul məbləğində tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil İsgəndər oğlu məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli, 2(103)- 3800/2022 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay əlavə olaraq hər uşaq üçün 70 manat olmaqla, iki uşağa görə cəmi 140 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, iki uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iddiaçının vəkilinin çıxışını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli 2(103)-3800/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(002)-676/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(002)-676/2022 saylı qətnaməsi mübahisələndirilən – «aliment məbləğinin müəyyən edilməsi» hissəsində dəyişdirilmiş, iddiaçı Cavabdeh 25 yanvar 2022-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində və əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, iki uşağa görə cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq, cavabdeh İddiaçı ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01293 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc müvafiq hesaba ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət olmaması, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan verməməsi nəzərə alınaraq iddia qismən təmin edilməlidir. İddianı qismən təmin etmək qərarına gələn məhkəmə cavabdehin rəsmi şəkildə işləməsi və stabil qazancı (gəliri) olmasını, iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməməsini, iddiaçının tələb etdiyi – hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulacağı təqdirdə iddiaçıya bir ay ərzində öz güzəranını təmin etmək üçün cəmi ən yaxşı halda 16 manat pul qalacağını, bunun isə qeyri-mümkün olmasını, uşaqların təminatının hər iki valideynin vəzifəsi olduğunu və bütün xərclərin yalnız bir valideynin üzərinə qoyulmasının ədalətsiz və qanunsuz olduğunu nəzərə alır. "xxxx" QSC tərəfindən verilmiş arayışdan göründüyü kimi, Cavabdeh 2023-cü ilin yanvar ayından sentyabr ayınadək hər ay aldığı əmək haqqının məbləğləri dəqiq şəkildə göstərilmişdir. Cavabdehin ən yaxşı halda aldığı əmək haqqının məbləği 456 manat 03 qəpik təşkil etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli 2(103)-3800/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulan alimentin miqdarı sabit pul məbləğində hissəsində dəyişdirilərək artırılmalı, Cavabdeh hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəməyə ərizə verilməsi ilə bağlı 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli 2(103)- 3800/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulan alimentin miqdarı sabit pul məbləğində hissəsində dəyişdirilərək artırılsın. Cavabdeh hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Məhkəməyə ərizə verilməsi ilə bağlı 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3272/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3272/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver