Məhkəmə qərarları › İş №2(002)-3292/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3292/2021

04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3292/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Gürcuvan oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Gürcuvan oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o, Cavabdeh Gürcuvan oğlu ilə 2005-ci il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 15.03.2006-cı il təvəllüdlü X14, 20.01.2009-cu il təvəllüdlü X15, 16.01.2011-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. Buna dair atalığın müəyyən olunması haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlə ailə münasibətlər pozulmuşdur. Cavabdeh bu günə kimi birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Birgə nikahdan dünyaya gəlmiş övladlar iddiaçının himayəsindədir və onların maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bununla bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də “aliment” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, birgə nikahdan dünyaya gəlmiş 15.03.2006-cı il təvəllüdlü X16, 20.01.2009-cu il təvəllüdlü X22 oğlu, 16.01.2011-ci il təvəllüdlü X17 və 29.07.2012-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 806360 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Gürcuvan oğlunun birgə nikahından 15 mart 2006-cı il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan iş 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 806358 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Gürcuvan oğlunun birgə nikahından 29 iyul 2012-ci il təvəllüdlü X19 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 806357 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Gürcuvan oğlunun birgə nikahından 20 yanvar 2009-cu il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 806355 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Gürcuvan oğlunun birgə nikahından 16 yanvar 2011-cu il təvəllüdlü X18 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan iş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gürcuvan oğlu İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 27 iyul tarixində 243 № ilə qeyd edilmişdir. İş materiallarında olan iş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gürcuvan oğlu İddiaçı doğulmuş X9 atası hesab edilmişdir.Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 27 iyul tarixində 239 № ilə qeyd edilmişdir. İş materiallarında olan iş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gürcuvan oğlu İddiaçı doğulmuş X10 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 27 iyul tarixində 240 № ilə qeyd edilmişdir. İş materiallarında olan iş materiallarında olan 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gürcuvan oğlu İddiaçı doğulmuş X13 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 27 iyul tarixində 241 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X2 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.5-ci maddəsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etsə də, məhkəmə tərəflərin hər ikisinin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan uşaqların saxlanması üçün tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi dörd uşağa görə 520 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Gürcuvan oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh Gürcuvan oğlundan 15 mart 2006-cı il təvəllüdlü X6, 29 iyul 2012-ci il təvəllüdlü X11, 20 yanvar 2009-cu il təvəllüdlü X7 və 16 yanvar 2011-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06.10.2021-ci ildən başlayaraq, Cavabdeh Gürcuvan oğlundan hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi dörd uşağa görə 520 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulması 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Gürcuvan oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Gürcuvan oğlundan 15 mart 2006-cı il təvəllüdlü X6, 29 iyul 2012-ci il təvəllüdlü X11, 20 yanvar 2009-cu il təvəllüdlü X7 və 16 yanvar 2011-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06.10.2021-ci ildən başlayaraq, Cavabdeh Gürcuvan oğlundan hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi dörd uşağa görə 520 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar