Məhkəmə qərarları › İş №2(002)-3340/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3340/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3340/2022 04.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27/8- 2018 saylı, 27 avqust 2018-ci il il tarixli qətnaməsi ilə İddiaçı Sadiq qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək, Cavabdeh hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Sadiq qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamə Gürcüstan Respublikası Ali Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərardadı ilə Gürcüstan Respublikası ərazisində tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsi qəbul etməkdən imtina olunmalıdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan və həmin qətnamə Gürcüstan Respublikası Ali Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərardadı ilə Gürcüstan Respublikası ərazisində tanındığından iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267- 268-ci maddəsinə əsasən, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar