Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3538/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməli, iddiaçıya aliment barədə qətnamənin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, eyni tərəflər arasında hazırda qüvvədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1695/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra şöbəsinə müraciət edərək, həmin qətnamə üzrə verilmiş icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir, hazırda isə həmin qətnamənin yenidən icra edilməsinin təmin edilməsini tələb etməkdədir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan qətnamə üzrə icra sənədinin yenidən icraya yönəldilməsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, tələbkara icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməməsi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1695/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin yenidən icraya yönədilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3538/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3538/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver