Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3587/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı1, Cavabdeh Hacıməmməd oğlunun iştirakları ilə, İddiaçı1 Cavabdeh Hacıməmməd oğluna qarşı “əlavə xərc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh Hacıməmməd oğluna qarşı “əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıməmməd oğlundan xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin 25 may 2023-cu il tarixli 2(002)-1111/2023 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2009-cu il təvəllüdlu X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 200 manat olmaqla, cami 400 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5732/2023 saylı qətnaməsi ilə Qaradağ rayon məhkəməsinin 25 may 2023-cü il tarixli 2(002)-1111/2023 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilərək alimentin miqdarı hər ay hər uşaq üçün 220 manat olmaqla iki uşaq uçun cəmi 440 manat müəyyən edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü oğlum İddiaçı2 yetkinlik yaşına çatması səbəbindən ona təyin edilmiş aliment dayandırılmışdır. Lakin oğlu xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 "Hidrosefaliya sol beyin yarımkürəsinin inkişafdan qalması, sağ tərəfli hemopariz, anadangəlmə ürək qusuru" diaqnozu ilə 18 yaşınadək ümumi xəstəliklə əlildir. Qaradağ rayon İH Başçısının 08 iyul 2025-ci il tarixli 114 saylı sərəncamına əsasən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-237/2025 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və o qəyyum təyin edilmişdir. Oğlu xəstə olduğuna görə daima müayinə və müalicəyə ehtiyacı vardır. Hazırda da onun müalicələri davam edir. Lakin atası oğlunun səhhəti ilə maraqlanmır və müalicəsi uçun heç bir maddi yardım göstərmir. O, isə oğlunun müalicəsini maddi imkanı olmaması səbəbindən davam etdirməkdə çətinlik çəkir. Oğlunun xəstəliyi səbəbindən onun özü heç bir yerdə işləyə bilmir. Belə ki, oğluna baxmaq, qulluq etmək lazımdır. Bunun uçun da müəyyən xərclər tələb olunur. Hazırda isə onun buna imkanı yoxdur. Atası isə oğlunun müalicəsinə köməklik etmək istəmir.Oğluna aliment təyin edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə oğlu yetkinlik yaşına çatmış və fəaliyyət qabliyyətli şəxs olduğundan ərizəsi geri qaytarlmışdır. Oğlu öz adından iddia qaldırmış. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən baxılmamış saxlanılmışdır. Həmin ərizənin baxılmamış saxlanılmasına əsas Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-237/2025 saylı qətnaməsinə əsasən onun ərizəsi əsasında oğlunun fəaliyət qabiliyyəti olmayan şəxs hesab edilməsi olmuşdur. Göründüyü kimi o, alimentin alinması ilə bağlı müraciət etdiyindən alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşağı əlildir, o pul ilə çatdıra bilmir, cavabdeh övladına köməklik etsin. İlkinin 18 yaşı tamam oldu. Qızı üçün 248 manat aliment tutulur. İlkinin ürəyi xəstədir və fəaliyyət qabiliyyəti yoxdur, onun özü qəyyumudur. Qaradağ rayon İcra Hakimiyyətinin qərarı ilə qəyyum təyin edilib. 300-400 manat təkcə uşağın müalicə xərcidir. Uşaq 300 manat pensiya və 200 manat təqaüd alır. Uşağa 1-ci dərəcə əlillik almışdır.Uşağın ürəyinə görə İrandan dərmanlar sifariş verir ki, onların da qiyməti 100 manat edir. Eyni zamanda iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 hər ay 140 manat məbləğində əlavə xərc tutulması qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh Hacıməmməd oğlu məhkəmə iclasında izahatında qeyd etdi ki, pulu övladının özünə verəcəkdir. Övladı gəzir, bir tərəfli problemi var.Banka 5000 manat borcu var, faizlərini ödəyir, gözləri də zəif görür.Özəl şirkətdə sürücüdür. Müqavilə ilə işləyir. 900 manata yaxın maaş alır. 250 manat qızı üçün aliment ödəyir. Yenidən ailə qurub və həmin nikahdan uşaqları yoxdur.Əlavə olaraq məhkəmə iclasında ərizə təqdim edərək, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 hər ay 140 manat məbləğində alimentin tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında AZ-İ seriyalı 135918 saylı şəhadətnamədən görünür ki, Cavabdeh Hacıməmməd oğlu ilə X3 arasında nikah xx.xx.2012-ci il tarixdə 19 saylı aktı ilə Qaradağ rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 874676 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 atası Cavabdeh Hacıməmməd oğlu, anası X2r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1111/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində görünür ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(002)-1194/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh Hacıməmməd oğlundan hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5732/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 1111/2023 nömrəli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilməsi, Cavabdeh Hacıməmməd oğlundan İddiaçı1 xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 220 manat olmaqla iki uşaq üçün cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3683/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə görünür ki, xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Uşaq klinik xəstəxanasının 730 saylı epikrizindən göründüyü kimi , xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 uşaq serebral iflic G80.2,Blastosistoz A07.9 xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş AZEMİS Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 250 və 300 manat məbləğində olmaqla pensiya alır. Məhkəmə qeyd edir ki, iddiaçı- İddiaçı2 cavabdehin övladının olması və onun əmək qabiliyyətinin olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı- İddiaçı1 övladının fəaliyyət qabiliyyətli olmamasına əsaslanaraq cavabdehdən aliment tələb edir. Eyni zamanda məhkəmə iclasında ərizə təqdim edərək həmin aliment məbləğinin-140 manat məbləğində təyin edilməsinə dair razılığını bildirmişdir.Cavabdeh məhkəmə iclasında izahatında 140 manat miqdarında əlavə xərc tutulmasını xahiş etmişdir. Belə ki, məhkəmə hazırki mülki iş üzrə tərəflər arasında aliment məbləği barəsində razılıq əldə edildiyindən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Hacıməmməd oğlundan xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 saxlanması üçün İddiaçı1 xeyrinə hər ay 140 manat məbləğində əlavə xərc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Hacıməmməd oğlundan xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 saxlanması üçün İddiaçı1 xeyrinə hər ay 140 manat məbləğində əlavə xərc tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Hacıməmməd oğlundan xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 saxlanması üçün İddiaçı1 xeyrinə hər ay 140(yüz qırx) manat məbləğində əlavə xərc tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-3587/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3587/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver