Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3598/2025 05.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Ərizəçi İddiaçı «aliment» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində qeyd etməklə «aliment» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan iki övladları doğulmuşdur, tərəflərin münasibətləri alınmadığından Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, onlar arasında həmin Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, nikahlarının barışıq üçün vaxt verilmədən pozulması, uşaqların ananın yanında saxlanılması, atadan ananın xeyrinə alimentin tutulması, alimentin həcmi, tutulmasına başlanması tarixi kimi məsələlər barədə razılığa gəlinmişdir. Bundan sonra İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01 iyul 2025-ci il tarixli, 2(002)- 2211/2025 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, tərəflərin nikahlarının pozulması barədə Qaradağ rayon Qeydiyyat şöbəsində müvafiq akt qeydi aparılmış və xx.xx.2025-ci il tarixdə AZ-İ seriyalı 517579 saylı nikahın pozulması haqqında şəhadətnamə təqdim olunmuşdur. İddiaçı bundan sonra barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş, aliment tələbinə dair ərizə vermişdir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası MPM-in 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair məhkəməyə ərizə verilməli idi. Lakin İddiaçı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbinə görə ərizəçi İddiaçı «aliment» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, o, Azərbaycan Respublikası MPM-in 305.1, 305.1.17-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı «aliment» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və əriəçiyə qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3598/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3598/2025
05.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver