Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3643/2025 10.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 8(032)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment hissəsində dəyişdirilərək azadılması, xx.xx.2015-ci il təvəllüdlü X3 artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh ilə rəsmi nikahından xx.xx.2015-ci il təvəllüdlü X9 adlı bir övladı doğulmuşdur. Birgə yaşadığı müddətdə ailə münasibətləri pozulmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-580/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən narazı qaldığı üçün verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3300/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-580/2018 saylı qətnaməsi dəyişdirilərək tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra ərizəçi Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 02 fevral 2025-ci il tarixdən hesablanaraq, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3300/2018 saylı xx.xx.2018-ci il qətnaməsinə əsasən tutulmalı olan aliment məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3300/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş 154 manat alimentin indeksasiya olunaraq cavabdehdən X1 üçün minimal əmək haqqının 0,80 emsalı aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli 2(106)-3300/2018 saylı qətnaməsilə cavabdeh İddiaçı qızları X5 yetkinlik yaşına çatanadək hər ay 154 manat aliment tutulması qət edilmişdir. Mahiyyəti üzrə bildirir ki, ərizəçi ərizəsini formal qaydada tərtib etməklə birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 154 manat sabit pul məbləğində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum Əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-107/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 26 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsi tərəfindən ərizəyə baxılarkən tərəfindən verilmiş izahat və sübutlar nəzərə alınmamışdır. Belə ki, nikah münasibətləri pozulduqdan sonra xx.xx.2021-ci il tarixdə X6 ilə nikahımız rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2022-ci il tarixdə X8 və xx.xx.2025-ci il tarixdə X10 adlı iki övladı anadan olmuşdur. Hazırda heç bir yerdə işləyə bilmir. Valideyinlərin himayəsində yaşayır. Müntəzəm gəliri yoxdur. Atası səhhəti ilə əlaqədar işləyə bilmir. Ailənin yeganə qazanc gətirəni anasıdır. Əlavə olaraq həyat yoldaşının səhhətində ciddi problemləri (epilepsiyadan əziyyət çəkir) vardır. Daimi nəzarətdə olmaqla müalicə alır. Övladları azyaşlı olmaqla gündəlik tələbatlarının ödənilməsi çətinliklər yaradır. Bundan əlavə Cavabdeh işləməklə daimi gəliri vardır. Çətinliklə də olsa təyin edilmiş aliment məbləğinin ödənilməsini vaxtında təmin edir. Hazırda Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunmasını xahiş etməsinə baxmayarq məhkəmə tərəfindən aliment məbləği artırılmışdır. Müəyyən edilmiş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq etməklə (400x1.18=472 manat) mənim onsuzda ağır olan vəziyyətimi daha da ağırlaşdırır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, özünün və ailəsinin səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavandeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(032)-107/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün X2 artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarına əlavə edilmiş Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı alimentin azaldılması predmeti ilə bağlı mediasya təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən,cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda məhkəmə qətnaməsi ilə tutlan 472 manat məbləğində aliment məbləğinin 160 manat məbləğində tutulmasına dair, yəni aliment məbləğinin azaldılmasını xahiş etmiş, cavabdeh tərəf isə etiraz təqdim edərək təyin edilmiş 472 manat alimentin azaldılmamasını xahiş etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarına istinad etməyi də zəruri bilir. Belə ki, həmin qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilib. Belə olan halda məhkəmə 2025-cü il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını və uşaqların yaşını nəzərə alaraq məhkəmə hesab edir ki, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(032)-107/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(032)-107/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-3643/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3643/2025
10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver