Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-369/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi və dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişi və dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında 13.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 29.03.2019-cu il tarixdə “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Tovuz şəhəri H.Əliyev prospektində yolnəqliyyat hadisəsi törətmiş və həmin hadisə X4 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 1(100)-187/2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və onun hadisə vaxtı ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu qeyd olunmuşdur. Tovuz RPŞ İstintaq Bölməsinin təqdim etdiyi 15.10.2019-cu il tarixli, 185-18256-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticə də cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Əlavə olaraq bildirilir ki, cəmiyyət tərəfindən Cavabdeh ünvanına 07.10.2020-ci il tarixli, AS-SHTD-20/253 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00(otuz) manat dövlət rüsumunun, cəmi 5.530,00 (beş min beş yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, bütünlüklə iddianı qəbul etmir, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, il materiallarında olan “icbari sığorta müqaviləsinə dair” məlumatın surətindən görünür ki, Ata Sığorta” ASC ilə X2 ilə "xxxx" ASC arasında 13.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Əmlaka vurulan zərərə görə Ata Sığorta” ASC 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X3 ünvanlandığı AS-SHTD-20/253 saylı, 07.10.2020-ci il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC zərərin aradan qaldırılması üçün ödədəyi 5000,00 (beş min) manat sığorta ödənişi məbləğində pul vəsaitinin ödənilməsi barədə X3 müraciət olunmuşdur. İş materiallarında olan 11.12.2019-cu il tarixli, 19-11529/12/AA-9442/19 saylı sığorta aktından görünür ki, "xxxx" ASC Tovuz şəhəri, H.Əliyev pr ünvanında 29 mart 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı X5 5.000.00 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan 17.12.2019-cu il tarixli, 018201 saylı ödəniş tapşırığının surətindən görünür ki, X7 Azərbaycan Beynəlxalq Bank SKB Ağdaş filialı tərəfindən "xxxx" ASC tərəfindən ünvanlanmış 5 000.00 manat məbləğində ödənişi almışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-187/2019 saylı, 30 avqust 2019-cu il tarixli hökmü ilə Cavabdeh hadisə vaxtı hadisə vaxtı ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu qeyd olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04( dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, sığortalı ilə sığortaçı arasında sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə cavabdeh sığortalının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, bununla da mülki hüquq pozuntusu (delikt) törətmişdir. Delikt nəticəsində vurulmuş həmin zərəri sığortaçı sığortalıya ödəmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Digər tərəfdən cavabdehə məxsus avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığına görə dəymiş zərərin bir hissəsi sığortaçıya ödənilmişdir. Bununla da sığortaçı sığortalıya ödədiyi ödənişi zərər vuran şəxsdən tələb etmək hüququna malikdir. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianın ödənilmiş sığorta ödənişinin əvəzinin tələb edilməsi hissəsində əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 5 000.00 manat məbləğində sığorta ödənişi tutularaq, İddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddianın 500.00 manat işlərin görülməsi xərci ilə bağlı tələbə gəlincə qeyd edir ki, iddiaçının həmin tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddəyə əsasən iddiaçı 500.00 manat işlərin görülməsi xərci ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 5 000.00 manat məbləğində sığorta ödənişi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-369/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-369/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver