Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4082/2025 07.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «təhsil xərclərinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «təhsil xərclərinin və aliment üzrə 5.000 manat qalıq borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin; eləcə də, 5.000 manat qalıq aliment borcunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(002)-4082/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «təhsil xərclərinin və aliment üzrə 5.000 manat qalıq borcunun tutulması» tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən «aliment üzrə 5.000 manat qalıq borcunun tutulması» hissəsində xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə aralarında olan nikah xx.xx.2015-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı adlı bir övladları var. Övladları, yəni hazırki iş üzrə iddiaçı yetkinlik yaşına çatmışdır. Övladı yetkinlik yaşına çatmamışdan öncə onun saxlanılması üçün aliment almışdır. İddiaçı yetkinlik yaşına çatdığından aliment kəsilmişdir. Lakin iddiaçı ali təhsil almaqla ekologiya mühəndisliyi ixtisası üzrə pullu təhsil alır. İllik təhsil haqqı 2.700 manat təşkil edir. Lakin o, bir ana kimi həmin pulu tək ödəyə bilmir. Buna maddi imkanı yoxdur. Bir ata kimi cavabdeh də uşağın saxlanılmasında, təhsilində məsuliyyət daşıyır. Lakin cavabdeh bu məsuliyyəti qəbul etmək istəmir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edilən dövrə 1.350 manat təhsil haqqı borcu qalmışdır. Həmin pulu ödəyə bilməsələr iddiaçı təhsilini davam etdirə bilməyəcəkdir. Bu isə bir ana kimi onu narahat edir və oğlunun təhsil haqqının bir valideyn olaraq hər ikisi ödəməlidir. Oğlu yetkinlik yaşına çatsa da, onun maddi yardıma ehtiyacı var. O, bir ana kimi oğluna köməklik etmək istəsə də, işləyə bilmir, iş qabiliyyəti yoxdur. Belə ki, xəstə olmaqla, qolu işləmir. Bundan başqa, cavabdeh ödəməli olduğu aliment borcunu tam şəkildə ödəməmişdir, 5.000 manatdan artıq ödəməli olduğu aliment borcu qalmışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3209/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1712/2015 saylı, 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh X1 04 sentyabr 2018-ci il tarixdən başlayaraq xx xxxx 2007-ci ildə doğulmuş İddiaçı yetkinlik yaşına çaytana kimi saxlanılması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nümayəndə Cavabdeh ilə əvvəllər nikahda olmaları, onların birgə nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü İddiaçı adlı ümumi uşaqlarının doğulması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1712/2015 saylı, 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, boşanmadan sonra həmin uşağın anasının yanında saxlanılması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3209/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Nümayəndə ödənilməsinə dair hallar aşkar olmaqla, həmin faktlar mübahisələndirilə və yenidən sübut edilə bilməz. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/21/2025-00218 saylı arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 10:30-11:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçının nümayəndəsi tərəfindən ödənilmişdir. Vurğulamaq lazımdır ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında (Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) qeyd olunmuşdur ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «Təhsil haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. «Uşaq hüquqları haqqında» Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri «Təhsil haqqında» Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, cavabdehdən ödənişli təhsillə bağlı vəsait tələb edilməsi əsassızdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «təhsil xərclərinin tutulması» tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilnəliditr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «təhsil xərclərinin tutulması» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4082/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4082/2025
07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver