Məhkəmə qərarları › İş №2(002)-4183/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4183/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4183/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-795/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş qazancın və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulan alimentin dəyişdirilərək Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-795/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh əvvəllər rəsmi qaydada işləmiş və müəyyən məbləğdə əmək haqqı almışdır. Hazırda cavabdeh heç bir yerdə işləmir və bu səbəbdən də aliment ödənişlərini dayandırmışdır. Ona görə də, alimentin sabit pul məbləğində ödənilməsini istəyir. Belə ki, uşağın gündəlik tələbatları var ki, cavabdeh heç bir yardım etmək istəmir. Aliment tələbinə dair mediasiya sessiyasına müraciət etmişdir. Cavabdeh ilk mediasiya sessiyasında iştirak etmədiyindən ona bu barədə arayış verilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini qismən müdafiə etdi və izahatında bildirdi ki, o, iddia ərizəsində bir uşağa görə hər ay ölkə üzrə müəyyən edilmiş əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ösənilməsini xahiş etsə də, cavabdehin hazırkı maddi vəziyyətini nəzərə alıb, bir uşağa görə hər ay ölkə üzrə müəyyən edilmiş əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, halhazırda heç yerdə işləmədiyindən, iddiaçının iddia ərizəsində qeyd etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yol vermir. Bununla belə iddiaçının iddiasnı qismən müdafiə etdiyi, yəni 0,625 misli həddi hissəsində aliment məbləğini də ödəməyə maddi imkanı yol vermir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)- 1700/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X5 arasında 02.12.019-cu il tarixdə 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsində 4315 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2021-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılması qət edilmişdir. - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-795/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, 30 yanvar 2023-cü il tarixdən başlayaraq 16 aprel 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında və əlavə olaraq 16 aprel 2021-ci il təvəllüdlü X4 3 yaşına çatanadək 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşağın anasının yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/9/2025-01333 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 14:00-a təyin edilmiş mediasiya prosesinə gəlsə də, Cavabdeh həmin prosesə gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləği tam və vaxtında ödənilmir, eləcə də, aliment məbləğinin tutulma qaydasının optimallaşdırılmasına zərurət var. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment məbləğinin tutulmasına cavabdehin gəlirlərinin kifayət etməsi barədə mötəbər sübutlar təqdim olunmamışdır. Bu səbəbdən, iddianın qismən təmin edilməsi ədalətlidir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 27 oktyabr 2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment məbləği dəyişdirilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,63 mislində (250 manat / 400 manat = 0,625 misli, yuvarlaqlaşdırdıqda 0,63 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindikdən sonra başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-795/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli; xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində (250 manat / 400 manat = 0,625 misli, yuvarlaqlaşdırdıqda 0,63 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindikdən sonra başlanmalıdır. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-795/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində (250 manat / 400 manat = 0,625 misli, yuvarlaqlaşdırdıqda 0,63 misli) sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindikdən sonra başlansın. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 50 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar