Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4237/2025 25.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə , İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 mart 2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 246 manat olmaqla, iki uşaq üçün 492 manat sabit pul məbləğində aliment tutulması, əlavə olaraq xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi uşağa qulluq üçün Cavabdeh hər ay bir uşağa görə 100 manat aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə nikahı rəsmiləşməmişdir. Qeyri rəsmi nikahdan 2 uşağı doğulmuşdur. 12 mart 2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X5. Cavabdehlə aralarında olan narazılığın səbəbi cavabdehin uşaqları ilə maraqlanmaması olmuşdur. Bu səbəbdən də, ayrılmışlar. Cavabdeh düşünmür ki, bu zəmanədə ailə uşaq sahibi olasan və onları qoruyub arxa çıxmayasan onların gələcəyi ilə, problemləri ilə maraqlanmayasan. O təəsüf edir. Bu səbəbdən də, uşaqları üçün aliment tələb edir. Cavabdeh 1 ildir ki, ayrı yaşayır. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla 5000 xırda baş buynuzlu qoyun sürüsü vardır. Hazırda o və uşaqlar atasının himayəsində yaşamaqla cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. Atası 1-ci qrup əlil olmaqla onları pensiyası ilə saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, məcbur qalıb uşaqları üçün aliment tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbini müdafiə etdi, cavabdehin qoyun sürüsü var. O həm atasına həm də iki uşağına baxır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, qoyun sürüsü onun deyil. İddiaçı ilə rəsmi nikahı yoxdur. Hər ay hər uşaq üçün ayda 200 manat aliment ödəyə bilər. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh yeni ailə qurub. Cavabdehin özünün qoyun sürüsü yoxdur. Başqasının qoyun sürüsünə baxır. Hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat aliment ödəyə bilər. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İV seriyalı 724235 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan AZ-V seriyalı 044731 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan AZ-İ seriyalı 435217 nömrəli xx.xx.2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Cavabdeh İddiaçı dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 476276 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, Cavabdeh İddiaçı dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü X2 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Məhkəmə araşdırması əsasında məlum olmuşdur ki, tərəflərin münasibətlərindən iki yetkinlik yaşına çatmayan uşaqları var. Uşaq iddiaçı ilə birgə yaşayırlar. Hazırda iddiaçı iddia edir ki, cavabdeh uşağın maddi təminatını qarşılamır və bu səbəbdən cavabdehdən sabit pul məbləğində aliment və hər eyni zamanda əlavə xərcin tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın qismən təmin olunmasına və hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad etməyi də zəruri bilir. Belə ki, həmin qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilib. Belə olan halda məhkəmə 2025-cü il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını, iddiaçının 246 manat məbləğində sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbini məhkəmə hesab edir ki, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini təsbit edən 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir Həmçinin məhkəmə iddia tələbinin 100 manat məbləğində uşağın 3 yaşına kimi saxlanılması tələbinə dair hissədə Ailə Məcəlləsinin 84.2.2-ci maddəsini əsas götürərək, məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə bildirir ki, xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən 50 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur Yuxarıda sadalanana qanunvericilik normalarını, mülki işin məhkəmə iclasında araşdırılmış hallarını, uşaqların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12 mart 2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 50 manat aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 12 mart 2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 50 manat aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-4237/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4237/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver