Məhkəmə qərarları › İş №2(002)-467/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-467/2023

12.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-467/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və son haqq hesabının tələbi »-nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının və son haqq hesabının tələbi »-nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 son haqq-hesabının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.2018-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə kimi işə qəbul olunmuşdr.xx.xx.2022-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı2 xx.xx.2014-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə kimi işə qəbul olunuşdur. xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı3 24.0.2018-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində fəhlə kimi işə qəbul olunmuşdur.08.090.2022-ci ildə işdən azad olunmuşdur. İddiaçılar bildirir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti onlarla son haqq-hesabı elemir, onlara ödəniləcək məbləği müxtəlif bəhalərlə ödəməkdən imtina edir.Bununla, AR Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci bəndini kobudcasına pozmuşdur.Əsas və digər məbləğin ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Mehdizadə Suliddin tərəfindən yoxlama aparılmşdır. Cavabdehin rəhbəri – X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-1292506 nömrəli qərara qəbul edilmiş və son haqq hesabın yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Bundan əlavə cavabdeh mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir Bütün bunları nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıların xeyrinə son haqq hesabın ödənilmə İddiaçılar-İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heçbir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıların əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində AR Əmək Məcəlləsinin 83 maddəsinin 2ci bəndinin hissəsinin tələbləri pozulduğundan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-1292506 nömrəli qərara qəbul edilmiş və son haqq hesabın yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Hesab edir ki hazırki iddia tələbi haqlıdır. Əsaslandırıcı hissə: İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin vətəndaş İddiaçı1 ərizəsinə cavab olaraq ünvanlanmış **********1 nömrəli xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Sizin "xxxx" ASC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhailinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanladığınız müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfindən baxış keçirilərkən İddiaçı1 ilə müəssisə arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərin qarşılıqlı razılığı) ilə xitam verildiyi məlum olmuşdur.Eyni zamanda xx.xx.2022-ci il tarixində X4 Xidmətinin Bakı şəhər İdarəsində yazdığınız izahatdan və təqdim etdiyiniz sənədlərdən, həmçinin “Qaradağ Maşınqayırma" ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş məktub və sənədlərdən sizin son haqq-hesabınızın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırır ki, onun əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan "xxxx" ASC-nin sədri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş və Sizin son haqq-hesabınızın yenidən hesablanaraq ödənilməsini təmin edilməsi barədə "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. Müraciətinizdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin vətəndaş İddiaçı2 ərizəsinə cavab olaraq ünvanlanmış **********8 nömrəli xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən sizinlə müəssisə arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqavilənizə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi məlum olmuşdur.Eyni zamanda xx.xx.2022-ci il tarixində X4 Xidmətinin Bakı şəhər İdarəsində yazdığınız izahatdan və təqdim etdiyiniz sənədlərdən, həmçinin "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş məktub və sənədlərdən sizin son haqq-hesabınızın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən sonuncu iş günü ödənilmədiyi müəyyən edilmişdir. Nəzərinə çatdırır ki, onun əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan "xxxx" ASC-nin sədri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş və Sizin son haqq-hesabınızın yenidən hesablanaraq ödənilməsini təmin edilməsi barədə "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. Müraciətinizdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti tərəfindən sorğuya cavab olaraq göndərilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN-1292506 nömrəli qərara əsasən İddiaçı1 və İddiaçı2 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğundan "xxxx" ASC-nin sədri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 1400 manat cərimə inzibati tənbeh vermə növü tətbiq edilmişdir. İş materialarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməsinə dair arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsinin həlli üçün iddiaçılar tərəfindən mediasiya şurasına müraciət edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172 1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında ” Azərbaycan Respubikası 9.1.14-cü maddəsinə əsasən bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək müqaviləsi əsasında işləmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilmişdir.İddiaçılar əmək haqqının hesablanıb ödənilmədiyini, işəgötürən qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onlarla son haqq-hesab aparmadığını və ödəmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barəsində bildirişlərin göndərilməsinə və həmin bildirişlərin çatmasına baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş və iddia tələbinə etiraz etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış( bu barədə iş materiallarına arayış da əlavə edilmişdir) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş X2 müvafiq məktubu və nümayəndəsinin izahatı, iddiaçıların izahatı və digər mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində cavabdeh işçi qismində iddiaçılar ilə bağlanılmış əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada icra etməmiş, işçilərə son haqq hesab əmək haqqı məbləği lazimi qaydada ödənilməmiş, habelə işçilərlə ilə son iş günü haqq-hesab edilməmişdir. Bununla da,məhkəmə araşdırması zamanı işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,83,87, 144,156,172,173-cü maddələrinin tələbləri pozulması halı müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər (X4 tərəfindən hesablanmış son haqq-hesab sənədləri) əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin işçilər qismində çıxış edən iddiaçılar ilə bağlanılmış əmək müqaviləsi üzrə iddiaçılara ödəməli olduğu, lakin ödənilməyən və beləliklə son haqq-hesab üzrə Əmək Məcəlləsinin normalarını kobudcasına pozduğuna görə- “Qaradağ Maşınqayırma" ASC-nin sədri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 1400 manat cərimə inzibati tənbeh vermə növü tətbiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, əmək haqqının və son haqq-hesabının ödənilib-ödənilməməsi ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki əmək haqqının və son haqqhesabının ödənilib-ödənilməməsi faktı barədə işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin məhkəmə araşdırması zamanı cavabdehdən iddiaçıların tələblərinə dair sübutların təmin edilməsi ilə bağlı dəfələrlə bildirişlər göndərilsə də, hətta telefon vasitəsi ilə əlaqə saxlanılsa da, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmamış, habelə məhkəməyə gəlməməklə iddiaçıların tələbinə cavabdeh tərəfindən hər hansı etiraz bildirilməmiş və əmək haqqının və son haqq-hesabının ödənilib-ödənilməməsi barədə heç bir dəlil təqdim edilməmiş, həmçinin əmək müqaviləsinin ləğv edilərkən qanunvericiliyin tələblərinə riayət edilməsinə dair sübutlar təqdim edilməmişdir. Beləliklə işin sadalanan hallarından, Əmək Müfəttişliyi tərəfindən cavabdeh barəsində tərtib olunmuş inzibati xəta barəsində protokoldan və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən–“Qaradağ Maşınqayırma" ASC tərəfindən iddiaçılar barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri açıq-aşkar pozulmuşdur.Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ödənilməyən əmək haqqı və son haqqhesabı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ödənilməyən son haqq-hesab ödənilsin. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar