Məhkəmə qərarları › İş №2(002)-4754/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4754/2025

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4754/2025 02.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 mart 2014-cü il təvəllüdlü X3, 16 noyabr 2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 500 manat, üç uşağa görə cəmi 1500 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X10 məhkəməyə Azərbaycan Respubıikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X7 İddiaçı yanında saxlanması, Cavabdeh 10 mart 2014-cü il təvəllüdlü X3, 16 noyabr 2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 500 manat, üç uşağa görə cəmi 1500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3345/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, 10 mart 2014-cü il tarixli təvəllüdlü X3 və 16 noyabr 2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılması qət edilmişdir. Həmin vaxt o xarici ölkədə olduğundan məhkəmə prosesində iştirak etməmişdir. Bu səbəbdən də alimentə dair tələb irəli sürə bilməmişdir. Məhkəmə qətnaməsində iki uşağın olması qeyd edilsə də, əslində həmin vaxt onların üç uşaqları doğulmuşdur. xx.xx.2018-ci il təvəllüdlü övladı X1 doğulmuş və həmin ölkədən doğum haqqında şəhadətnamə almışdır. Hazırda hər üç onun himayəsində yaşayır. Cavabdeh Almaniyada Respublikasında yaşayır və maddi imkanı olsa da onun himayəsində yaşayır. Cavabdeh Almaniya Federativ Respublikasında yaşayır, maddi imkanı olsa da, könüllü olaraq uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafi edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, xx.xx.2018-ci il təvəllüdlü X7 İddiaçı anası İddiaçı yanında qalmasına etiraz etmir, alimenti isə hər uşağa görə 260 manat sabit pul məbləğində tutulmasına etiraz etmir. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərədən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması 09 avqust 2022-ci il tarixli, AZ-İ № 422950 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah Binəqədi rayon Qeydiyyat şöbəsinin 09 avqust 2022-ci il tarixdə 366 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-01516 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat mediasiya xərci İddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. İş materiallarında olan şəhadətnamənin surətinin görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X12 adlı uşağı doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 10 mart 2014-cü il təvəllüdlü X8 və 16 noyabr 2015-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(001)-3345/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2014-cü il tarixdə Ağstafağ rayon qeydiyyat şöbəsində bağlanmış 272 № ilə qeydə alınmış nikahın pozularaq, tərəflərin birgə nikahından doğulmuş 10 mart 2014-cü il təvəllüdlü X8 və 16 noyabr 2015-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə iş materialını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X13 adlı uşaqları boşanmadan sonra anaları İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.5-ci maddəsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqınən məbləği 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, hər ay hər uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,65 mislində (260 manat / 400 manat = 0,65 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına iddiaçının ərizə ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağı xx.xx.2018-ci il təvəllüdlü X12 anası İddiaçı yanında qalmalı, 16 noyabr 2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh hər ay hər uşağa görə 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,65 mislində (260 manat / 400 manat = 0,65 misli) aliment tutularaq, İddiaçı Rövşəm qızına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq aliment ödəmək imkanına malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçının ödənilməkdən azad edildiyi 50 manat hissəsində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın alimentlə bağlı təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 113.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsində göstərilən əmlak bölgüsü ilə bağlı tərəflər arasında mübahisə olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 Elnurə Rövşən qızının yanında qalsın. 16 noyabr 2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh hər ay hər uşağa görə 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,65 mislində (260 manat / 400 manat = 0,65 misli) aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı ödənilməkdən azad edildiyi 50 manat hissəsində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə ödənilsin. İddianın alimentlə bağlı təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 113,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar