Məhkəmə qərarları › İş №2(002)-602/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-602/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-602/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı oğlunun cavabdeh Cavabdeh oğluna qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Cavabdeh oğluna qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1 manat xidmət haqqı,mənəvi zərərə görə kompensasiya qismində 1(bir) manat və dövlət rusmu olaraq ödənilmiş 20(iyirmi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun 2019-cu ilin iyun ayında ona müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hüquqi yardım göstərməni xahış etmişdir. Cavabdehə bildirmişdir ki, aylıq hissəni almaq üçün onun pensiya kartı iddiaçıda qalmalı, cavabdehin aylıq pensiyası ilə ötən dövr üçün əlavə olaraq aylıq ödənilən pensiya məbləğinin 50%-ni cavabdehə göndərərək, qalan 50% məbləği özünə götürməliydi. Cavabdeh buna razı olduqda ona bildirdmişdir ki, bunu edə bilmək üçün o iddaçıya müvafiq hüquqları özündə ehtiva edən etibarnamə təqdim etməlidir. Cavabdeh buna razı oldu və belə bir etibarnaməni ona verdi. Həmin etibarnamədə cavabdeh iddiaçıya müxtəlif hüquqlarla yanaşı, Kapital bankın bütün şəhər və rayon filiallarında cavabdehi təmsil etməyi, onun pensiya kartını və pensiya məbləğini almağı etibar etdiyi qeyd edilmişdi. Lakin bu ilin oktyabr ayının 14-də cavabdeh iddiacıva xəbər vermədən həmin etibarnaməni ləğv etdirmiş və pensiya kartını bloklatmışdır. iddiaçının bundan xəbəri olmadan Kapitalbankın Şirvan şəhər filialına xx xxxxxxx 2020-ci il tarixində müraciət edərək qeyd edilən etibarnaməni təqdim edərək, „hansı səbəbdənsə, kartın bloka düşməsini və həmin Kartı blokdan çıxarmalarını” xahiş etmişdir. Bank filialı tərəfindən etibarnamə əsasında xahişi yerinə yetirilmişdir. Bundan sonra iddiaçı aylıq ona çatası 112 manat pulu 492 manatlıq ümumi (268 manat əsas pensiya məbləği və 224 manat ötən dövr üçün aylıq hissələrin cəmidir) məbləğdən nağdlaşdırmışdır. Kart hesabında qalan 380 manat pula toxunmamışdır. Cavabdeh bundan sonra iddiaçının xəbəri olmadan Kapitalbankın baş ofisinə şikayətlə müraciət edərək, niyə bankın kartı blokdan çıxarmasına izahat istəmiş və həmçinin iddiaçını kartı blokdan çıxarma zamanı ona xidmət göstərmiş bank işçisini cəzalandırmağı onlardan tələb etmişdir. Eləcə də, böhtan və iftira ataraq, iddiaçnın guya ona „ bankın işçilərinin iddiaçının qohum və tanışı olmalarını və onun dediklərini verinə yetirdiklərini dediyini həmin bankın baş ofisində bank rəhbərliyinə söyləyərək, bankın həmin filialdakı bütün işçilərinin nüfuzuna xələl gətirmişdir Nəticədə, iddiaçının işgüzar nüfuzuna böyük zərbə dəymişdir. Belə ki, bankın Şirvan şəhər filialının rəhbərliyi ilə bu məsələ ilə əlaqədar görüşərkən özümə qarşı inamsızlıq, söylədiklərinə laqeydlik müşahidə etmişdir. Həmin hadisədən sonra iddiaçı həmin filialda xidmətlərdən istifadə edərkən həddindən artıq uzun çəkən yoxlamalar və mütləq şəkildə müdiriyyətlə məsləhətləşmələrin aparılmasının şahidi olur. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun pensiya kartından bütün pulları çıxartmışdır və bu səbəbdən, o, etibarnaməni ləğv etdirmişdir. İddia təmin edilməməlidir çünki onun tərəfindən iddiaçıya heç bir mənəvi zərər vurulmamışdır, əksinə iddiaçının hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, iş materialları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hüuqui yardım göstərilməsi ilə bağlı şifahi münasibət olmuş, cavabdeh iddiaçıya etibarnamə vermiş, sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Tərəflər arasında mübahisəli hal: iddiaçı cavabdehin həmin etibarnaməni ləğv etdirməklə ona mənəvi ziyan vurduğunu iddia edir, cavabdeh iddianın rədd edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində cavabdehlərin üzərinə 1 manat xidmət haqqı,mənəvi zərərə görə kompensasiya qismində 1(bir) manat pulun ödəməsini tələb etsə də, qeyd edilən iddia tələblərini əsaslandırmamışdır,. Qeyd edilən hal- cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl yetirilərək, mənəzi ziyan vurulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı oğlu tələbində Cavabdeh hərəkətləri nəticəsində işgüzar nüfuzuna böyük zərbə vurduğunu, mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsə də, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X4 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı oğlunun cavabdeh Cavabdeh 1 manat xidmət haqqı,mənəvi zərərə görə kompensasiya qismində 1(bir) manat və dövlət rusmu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh Cavabdeh 1 manat xidmət haqqı, mənəvi zərərə görə kompensasiya qismində 1(bir) manat və dövlət rusmu olaraq ödənilmiş 20(iyirmi) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar