Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-609/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, X1 və cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2017ci ilin oktyabr ayının 19- dan başlayaraq 2019-cu ilin fevral ayına qədər olan aylıq qazancının aliment kimi 1/4 hissəsindən ödədiyi 100 manatdan əlavə ona ödəməli olduğu, ancaq gizlədərək ödəmədiyi hissəsinin, eləcə də 2019-cu ilin mart ayından 2020-ci ilin fevral ayına qədər olan aylıq qazancının aliment kimi 1/4 hissəsindən ödədiyi 150 manatdan əlavə mənə ödəməli olduğu, ancaq gizlədərək ödəmədiyi hissəsinin, həmçinin 2020-ci ilin mart ayından başlayaraq 2020-ci ilin 19 oktyabr ayınadək ödədiyi 200 manatdan əlavə ona ödəməli olduğu, ancaq gizlədərək ödəmədiyi hissəsinin ümumi məbləğini aylıq maaşı və sonradan təqaüdü üzrə mütəxəssisin iştirakı ilə müəyyən edib ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki ailə münasibətlərindən xx.xx.2003 il təvəllüdlü qızları X8 anadan olmuşdur. O, öncə də, hazırda da onun himayəsindədir. Yasamal rayon məhkəməsinin 2(004) 1813/15 saylı, 12. 03.2015-ci il tarixli qətnaməsi ilə qızlarının atasının cavabdeh X9 olduğu müəyyən edilmişdir. Qızlarının atası olduğu müəyyən edildikdən sonra cavabdeh polisdə işlədiyini əsas göstərib məhkəmə yolu ilə alimentin müəyyən edilməsini istəmədiyi təklifi ilə razılaşaraq şifahi qaydada razılaşdılar ki, hər ay maaşının 1/4 hissəsini qızları yetkinlik yaşına çatana qədər onun saxlanması üçün aliment kimi ona ödəyəcək. Həmin vaxtdan başlayaraq cavabdeh hər ay ona 100 manat məbləğində pul ödəyərək, maaşının 1/4 hissəsinin bu qədər olduğunu bildirirdi. Bir polis işçisi və bir övlad atası kimi o da cavabdehə inanırdı. 2019-cu ilin fevral ayına qədər cavabdeh hər ay ona 100 manat məbləğində aliment ödəyirdi. Sonra onun bu məbləğin az olmasından narazılığını görən cavabdeh 2019-cu ilin mart ayından başlayaraq 150 manat məbləğində aliment ödədi ona. Qızları böyüdüyü və əlavə təhsil aldığı üçün bu məbləğdə alimentin bəs etməməsini cavabehə bildirib əlavə kömək etməsini, həmçinin təqaüdünün məbləğini ona söyləməsini dəfələrlə xahiş etdikdən sonra o, 2020-ci ilin mart ayından 200 manat məbləğində ona aliment ödəməyə başladı. Təqaüdünün isə 600 manat məbləğində olduğunu ona bildirirdi. 2020-ci ilin oktyabr ayının 19-da məhkəməyə iddia ərizəsi ilə müraciət edib qızlarının onun himayəsində olması, cavabdehin aylıq qazancının 1/4 hissəsi qədər onun xeyrinə aliment tutulması, həmçinin qızlarının daxil olduğu Bakı Dövlət Universitetinin pullu şöbəsini bitirənə qədər həmin alimentin cavabdeh tərəfindən ona ödənilməsi öhdəliyi daşıması haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin gedişində cavabdehdən hər ay aldığı təqaüdün miqdarı ilə bağlı məhkəməyə təqdim etdiyi arayışdan ilk dəfə ona məlum oldu ki, cavabdeh hər ay 900 manat məbləğində təqaüd alırmış. Onun aylıq qazancının 1/4 hissəsi isə 225 manat məbləğindəymiş. Hansı ki, cavabdeh ona aylıq maaşının 1/4 hissəsinin öncə 100 manat məbləğində olduğunu, daha sonra isə 150 manat məbləğində olduğunu deyirdi. 200 manat ödəyəndə isə hələ maaşının 1/4 hissəsindən xeyli artıq ona pul ödədiyini söyləyirdi. Nəzərə alınsa ki, cavabdeh bir ilə yaxındır təqaüdə çıxıb, ona qədər isə polis orqanında mayor rütbəsində çalışmış, deməli işləyərkən aylıq maaşı daha çox olmuşdur. Göründüyü kimi cavabdeh aylıq qazancının 1/4 hissəsindən xeyli az məbləğdə ona aliment kimi pul ödəmiş, qalan hissəsini isə ondan gizlətmişdir. Qaradağ Rayon məhkəməsinin 2(002)- 2488/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüd qızımız X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında onun xeyrin+ə aliment tutulmalıdır. Cavabdehin son üç ildə Polisdə işlədiyi müddətdə aylıq maaşlarının miqdarı, eləcədə təqaüdə çıxdıqdan sonrakı aylıq təqaüdünün miqdarı ilə bağlı aidiyyəti qurumlardan arayış alıb onların əsasında cavabdehin hər ay qazancının 1/4 hissəsi qədər ona ödəməli olduğu məbləğdən gizlətdiyi hissəsini mütəxəssisin iştirakı ilə hesablayıb müəyyən etməli və həmin məbləğin cavabdehdən alınıb ona ödənilməsi haqda məhkəmə qətnamə qəbul etməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin son 3 il ərzində dəqiq gəlirini bilmək istədiyini, Fidan adında uşaqlarının artıq böyük uşaq olduğunu, onların təhsil, geyim, qida və bu kimi ehtiyaclarının ödənilməsində çətinlik çəkdiyini, özünün isə aylıq qazancının olmadığını, cavabdehin isə nə uşağa, nə də onunla heç maraqlandmadığını, indiyə qədər cavabdehin uşağı üçün heç bir xərc çəkmədiyini, tək istədiyinin uşağının sağlam böyüməsi, yaxşı təhsil alması olduğunu, məhkəmə qətnaməsi əsasında artıq əmək haqqının 1\4 hissəsi miqdraında aliment ödənilməsinin qət edildiyiniu, həmin məhkəmə qətnaməsi ilə xx xxxxxxx 2020-ci il tarixdən alimentin tutulmasının müəyyən eidldiyini, lakin onun istədiyinin xx xxxxxxx 2020-ci il tarixədək olan əmək haqqı gəlirlərinin də müəyyən edilərək, 2017-ci il tarixdən 2020-ci ilin oktyabrın 19 tarixədək olan əmək haqqı məbləğindən ona ödənilməli olan alimentin məbləğinin müəyyən edilərək ödənilməsini istədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh vəkili məhkəmə iclasında öz izahatında iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, artıq müvafiq məhkəmə qətnaməsi əsasında alimentin tutulması müəyyən edilmişdir, ailə qanunvericiliyinin tələbinə əsasən şəxs məhkəməyə müraciət edənə kimi aliment almaqla bağlı tədbir görmüşsə, cavabdeh boyun qaçırmışsa, bu hallar müəyyən edildiyi halda, əvvəlki dövr üçün 3 illik müddət ərzində aliment ödənilməsi müəyyən edilə bilər, lakin hazırki halda artıq müvafiq məhkəmə qətnaməsi əsasında artıq alimentin tutulması qət edilib, həmin əqtnamədə isə əvvəlki dövrdə alimentin ödənilməsi tələbi olmamış, habelə buna dair heç bir hal müəyyən edilməmişdir, yəni artıq ididaçı məhkəməyə mürcaiət etmiş, artıq aliment tutulması müəyyən edilmişdir, bu halların nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seryalı 571548 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2488/2020 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X5 anası İddiaçı Talib qızının himayəsində olması faktı müəyyən edilmiş və xx xxxxxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı Talib qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan müvafiq çıxarışın məzmunundan görünür ki, X8 Bakı Dövlət Universitetinin bakalavr üzrə Filologiya fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası üzrə 1-ci kurs tələbəsidir. Bu fakültə üzrə ödəniş haqqı 1100 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarının 8.11-ci bəndinə əsasən Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında xx.xx.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçünCavabdeh həre ay qazancının və digər gəlirlərinin 1\4 hissəsi miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmiş, alimentin xx xxxxxxx 2020-ci il tarixdən tutulması müəyyən edilmişdir. İddiaçı cavabdehdən xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq 2020-ci il 19 oktyabrınadək ödəməli olduğu lakin ödəmədiyi alimentin tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsi əsasında artıq alimentin məhz xx xxxxxxx 2020-ci il tarixdən tutulması halı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş hallar preyudisial əhəmiyyətə malik olmaqla, həmin halların yenidən mübahisələndirilməsinə yol verilmir. Həmçinin, ailə qanunnvericiliyin təhlilindən aydın olur ki, iddiaçının aliment almaq üçün məhkəməyə mürcaiət edənədək tədbirlər görüdüyü müəyyən edildiyi halda, əvvəlki 3 illik dövr həddində aliment verilə bilər. Göründüyü kimi, artıq iddiaçı alimentin tutulması tələbi ilə məhkəməyə mürcaiət etmiş və müvafiq məhkəmə qətnaməsi ilə alimentin tutulması qət edilmiş, alimentin hansı tarixdən etibarən tutulması halı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı aliment almaq üçün məhkəməyə mürcaiət edənədək tədbirlər görüdüyünü, lakin cavabdehin aliment ödəməkdən boyun qaçırdığını əsas gətirərək, əvvəlki dövr 3 illik müddət ərzində aliment ödənilməsi tələbini irəli sürsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, müvafiq məhkəmə qətnaməsi əsasında alimentin tutulma tarixi müəyyən edildiyindən, həmin halın yenidən mübahisələndirilməsinə yol verilmədiyindən, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X13 Məhkəməsi "X2rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, X1 Cavabdeh qarşı əvvəlki dövr üçün alimentin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı əvvəlki dövr üçün alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-609/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-609/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver