Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-610/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2012-ci il təvəllüdlü X2 ondan alınıb anası M.B.Bəhramovaya verilənədək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin alınaraq ona verilməsi, alimentin tutulmasının əvvəlinin 21.01.2020-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2012-ci il təvəllüdlü X2 ondan alınıb anası M.B.Bəhramovaya verilənədək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin alınaraq ona verilməsi, alimentin tutulmasının əvvəlinin 21.01.2020-ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01.08.2008-ci il tarixdə Qobustan rayon İHB Bədəlli kəndi üzrə nümayəndəliyində 07 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(002)-81/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahdan olan 10.03.2012-ci il təvəllüdlü X6 21.01.2020-ci il tarixdən onun himayəsindədir və uşaq onu və babasını çox istədiyindən anası ilə qalmaq istəmir. Bu səbəbdən, elə həmin tarixdən onun yanıdadır. Cavabdeh isə uşağın onun yanında qalmasına baxmayaraq, ona aliment ödəməklə yanaşı, əvvəlki qətnamə ilə 3 uşağa görə ondan aliment alır. Bu səbəbdən, məhkəməyə müraciət edərək 10.03.2012-ci il təvəllüdlü X2 ondan alınıb anası Cavabdeh verilənə qədər saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin alınaraq, ona verilməsi, alimentin tutulmasının əvvəlinin 21.01.2020ci il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını tələb hüququ yaranıb. Cavabdeh özü də uşaq tələbi ilə bağlı iddiasında 10.03.2012-ci il təvəllüdlü X2 uzun müddətdir ki, onda olduğunu etiraf edir. Bu səbəbdən, onun uşağın uzun müddət onda olduğunu sübut etməyə ehtiyacı qalmır və hesab edir ki, uşağın onda qaldığı yanvar ayından bu yana hər ay üçün 170 manat uşaq anaya qaytarılana qədər tutulmalı və ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhəhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(002)-81/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 01 avqust 2008ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti Başçısının Bədəlli kəndi üzrə nümayəndəliyində 07 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 2(026)- 156/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı himayəsində olduqları müddət ərzində uşaqları 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 onun iradəsinə zidd olaraq öz himayəsində (yanında) saxlanılmasının cavabdeh İddiaçı və digər şəxslərə qadağan edilməsi, himayəsində olduqları müddət ərzində uşaqları 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 cavabdeh İddiaçı və digər şəxslərdən məcburi qaydada alınaraq onun himayəsinə qaytarılması tələbinə dair iddiası təmin edilmiş (iddiaçı tərəfindən MPM-in 53-cü maddəsinə əsasən verilmiş ərizə nəzərə alınaraq), 10 mart 2012-ci il təvəllüdlü X2 atası İddiaçı alınıb anası Cavabdeh verilməsi qət edilmiş, İddiaçı Cavabdeh qarşı «10 mart 2012-ci il təvəllüdlü X2 onun himayəsində (yanında) qalması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin faktiki hallarından göründüyü kimi, 10 mart 2012-ci il təvəllüdlü X2 atası İddiaçı alınıb anası Cavabdeh verilməsi barədə qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikasının ərazisində icrası məcburi olan qətnamə mövcuddur. Digər uşaqlar hazırkı iş üzrə cavabdehin himayəsindədirlər, uşaqların qayğıları ilə cavabdeh, yəni uşaqların anaları məşğul olur. Uşaqların saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. Cavabdehin iddiaçıya aliment ödəmək üçün maddi imkanı mövcud deyil. Digər tərəfdən, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması üçün əsas yoxdur. Uşaq atasının yanında qanuni əsaslarla qalmır, həmin uşaq anasına qaytarılmalıdır və belə olduğu təqdirdə, hazırkı iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-610/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-610/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver