Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-610/2024 17.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad edilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad edilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, oğlu X3 onun himayəsinə verilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən 2022-ci ilin iyun ayından sonrakı dövr üçün azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması, birgə nikahdan olan 02 sentyabr 2019-cu il təvəllüdlü X3 Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 may 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-344/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun oğlu ilə ünsiyyət qaydası müəyyən edilmişdir. 2022-ci ilin iyun ayına qədər o, 02 sentyabr 2019-cu il təvəllüdlü X7 ilə məhkəmə qətnaməsində göstərilən vaxtda görüşmüş, vaxtıvaxtında alimentini ödəmişdir. 2022-ci ilin iyul ayında ona cavabdehin ailə həyatı qurub Türkiyə Respublikasına köçdüyü məlum olmuşdur. Uşaqla ünsiyyətin təmin olunması cavabdehin qardaşı tərəfindən həyata keçirilirdi. Cavabdehin evlənib köçməyi ona məlum olduqdan sonra uşaq onun yanındadır. Bu müddət ərzində cavabdeh bir dəfə Türkiyədən qayıdıb uşağı ondan istəyəndə o, uşağı cavabdehə vermişdir. Bu zaman uşaq cavabdehlə üç gün qalmış, daha sonra cavabdeh yenidən Türkiyə Respublikasına getmişdir. Bir ildən artıqdır ki, uşaq faktiki anası ilə yaşamır. Onun himayəsində və yanında Masallı rayonu, Miyankü kəndində onun anası və atası ilə birgə yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın ananın yanında qalması müəyyən edilsə də, cavabdeh bir ildən çoxdur ki, ana kimi vəzifəsini yerinə yetirmir və uşağı ilə maraqlanmır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razı olduğunu, uşağın ataya verilməsinə cavabdehin etiraz etmədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, buna baxmayaraq Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135, 185-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 332531 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X7 02 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X7 iyul 2022-ci il tarixdən Masallı rayonunun Miyankü kəndində yerləşən babası və nənəsinin yaşadığı fərdi yaşayış evində onlarla birgə yaşayır. Atası Rəcəbov X6 rayonunun Miyankü kəndində qeydiyyatda olsa da, hal-hazırda işlə bağlı Bakı şəhərində yaşayır. Oğlunun ata və anasının yanında yaşamasına baxmayaraq hər ayda bir neçə dəfə mütəmadi olaraq oğluna nəzarət etmək üçün gedib-gəlir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 19 avqust 2019-cu il tarixdə 2887 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan 02 sentyabr 2019-cu il təvəllüdlü X3 Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 may 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı Daşdəmir oğlu Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikahlarını 3 saylı Bakı "ASAN xidmət" X2 2887 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Onların birgə nikahdan bir övladları, xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Əvvəllər İddiaçı Daşdəmir oğlu və Cavabdeh arasında münasibətlər yaxşı olmuş, sonradan aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1352/2020 nömrəli qətnaməsi ilə İddiaçı Daşdəmir oğlu ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(002)-610/2024 nömrəli qərardadına əsasən, Komissiya tərəflərin və azyaşlının yaşayış tərzinin müəyyən edilməsi ilə əlaqədar onlayn və yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, İddiaçı Cavabdeh dörd ildən çoxdur ki, ayrı yaşayır. X1 xx.xx.2022-ci il tarixdən atası İddiaçı yanında və himayəsindədir. İddiaçı Rəcəbov X4 rayonu, Miyankü kəndində qeydiyyatdadır. Faktiki olaraq həmin ünvanda yaşayır (Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qəyyumluq və himayəçilik məsələləri üzrə komissiya"sının müayinə aktı rəyə əlavə olunur). Cavabdeh 2022-ci ildə Türkiyə vətəndaşı Yusuf Köbütlə nikaha daxil olmuşdur. Onların birgə nikahından bir övladları xx.xx.2023-cü il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh hal-hazırda Türkiyə Cümhuriyyəti, Çorum şəhərində yaşayır. Komissiyanın iclasında Cavabdeh anası və nümayəndəsi Nümayəndə iştirak etmişdir. Cavabdeh anası və nümayəndəsi Nümayəndə xx.xx.2019-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsinə etiraz etmədiklərini bildirmişdir. Komissiya təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatları, azyaşlının mənafeyini, psixoloji durumunu və digər zəruri halları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58-ci və 63-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il təvəllüdlü X3 atası İddiaçı himayəsində və yanında qalmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı övladı X3 həyat şəraitinin müayinəsi ilə əlaqədar yaşadığı, ata babasına məxsus evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ev 2 (iki) mərtəbədən ibarətdir. 1-ci mərtəbə 3 (üç) otaqdan, mətbəx və dəhlizdən ibarətdir. Otaqlardan ikisi təmirsizdir, yaşayış yoxdur, digər sahələr orta təmirlidir. 2-ci mərtəbə 4 (dörd) otaqdan və dəhlizdən ibarət olmaqla orta təmirlidir. Sanuzel və sanitar qovşağı həyətdə yerləşir. Sanitar normalara riayət olunmuşdur. Ev qaz, su, işıqla təmin edilmişdir. Uşağın yaşaması və təhsil alması üçün avadanlıq və ləvazimatlar vardır. Ailə üzvlərinin sayı 4-ü yetkinlik yaşına çatmayan olmaqla 9 (doqquz) nəfərdən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsaəsn, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.8-ci bəndinə əsasən, məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Beləliklə, məhkəmə mülki iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, uzun müddətdən bəri faktiki olaraq atasının yanında yaşaması, uşağın anasının xarici ölkə vətəndaşı ilə ailə qurmaqla hazırda xaricdə yaşaması, cavabdeh tərəfin uşağın atasının himayəsinə verilməsinə etiraz etməməsi halları, eyni zamanda Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024cü il tarixli rəyi nəzərə alınaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilməlidir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024cü il tarixli rəyi ilə uşağın atasının yanında xx.xx.2022-ci il tarixdən yaşadığı müəyyən edildiyindən və cavabdeh tərəf də həmin rəylə razı olduğunu bildirdiyindən, iddiaçı tərəf Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən 05 sentyabr 2022-ci il tarixdən azad edilməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilsin. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1352/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən 05 sentyabr 2022-ci il tarixdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-610/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-610/2024
17.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver