Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-614/2021 12.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və cavabdeh X12 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 iştirakı ilə, İddiaçının cavabdeh X15 qarşı alimentin tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X18 ilə birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onunla cavabdeh arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X8 qətnamə ilə onun himayəsinə verilmişdir. Uşaqlara faktiki özü və ailə üzvləri baxır. Uşaqlar azyaşlı olduğundan onlarla məşğul olur, işləmək üçün vaxtı məhduddur. Bir müddət əvvəl iş yeri və daimi gəliri olmuşdur, lakin hazırda daimi işi yoxdur. Birgə yaşadıqları dövrdə ailənin bütün xərclərini özü çəkmişdir. Lakin hazırda uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqlarla maraqlanmır, onlara heç bir maddi yardım göstərmir. Eyni zamanda bildirir ki, cavabdehin maddi vəziyyətini və işləmədiyini nəzərə alaraq hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh X12 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X19 izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır və hazırda iddia tələbinə etiraz edir. Belə ki, həqiqətən tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X8 adında iki uşaqları doğulmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra tərəflər arasında bir müddət münasibətlər yaxşı olmuş, sonralar isə pozulmuşdur. Nəticədə xx.xx.2020-ci il tarixli 2(002)- 1276/2020 saylı qətnamə ilə İddiaçı ilə X9 arasında nikahın pozulması, birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 İddiaçı himayəsində qalması qət edilmişdir. Tərəflər arasında nikahın pozulması tələbinə dair iddiaya baxılarkən, onlar arasında müəyyən razılıq əldə olunmuşdur. Belə ki, tərəflər arasında nikah pozularkən X1 Cavidan Canəli oğlunun xeyrinə cehiz əşyalarından imtina etməyi, İddiaçı isə yetkinlik yaşına çatmayan uşaqlara görə aliment tələb etməməyi öhdəsinə götürmüşdür. X15 məxsus bütün cehiz əşyaları bu gün də birgə nikah dövründə yaşadıqları evdədir. Buna baxmayaraq, qeyd etmək istəyir ki, cavabdeh natamam orta təhsilli, heç bir peşəsi, iş yeri və gəliri olmayan şəxsdir. Ona görə də alimentin tutulacağı təqdirdə cavabdeh öz valideynlərinin köməyi ilə hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin ondan tutulmasına razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1276/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X9 arasında xx.xx.2014-cü ildə Qaradağ rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 360502 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında bağlanmış nikahın pozulması xx xxxxxxxx 2020-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 440625 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Zülfəliyev Cahidin atası İddiaçı, anası X6r. İş materiallarında olan AZ-İİİ seriyalı, 732030 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Zülfəliyev İbrahimin atası İddiaçı, anası X6r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, uşaqların yaşı, mənafeyi, faktiki atalarının yanında yaşamaları, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, iddiaçının əmək qabiliyyətli olması və uşaqların əvvəlki təminatının onun tərəfindən təmin edilməsi, cavabdehin isə hər hansı peşəyə, iş yerinə və gəlirə malik olması barədə konkret sübutun təqdim edilməməsi, tərəflərin izahatlarında alimentin məbləği barədə qeyd etdikləri hallar, eyni zamanda uşaqlar barəsində valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipi nəzərə alınaraq, iddia qismən təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X10 hər ay hər uşağa görə 60 (altmış) manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-614/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-614/2021
12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver