Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-640/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin bağlanmaması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin bağlanmaması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət verərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı tələbinə dair 2(002)-640/23 saylı mülki işin məhkəmə aidiyyəti Bakı şəhəri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə aid olduğundan, mülki işin həmin məhkəməyə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, vəsatət təmin edilərək, mülki işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemdən əldə olunmuş məlumata əsasən müəyyən edildi ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırki işə aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 40.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin bağlanmaması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-640/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-640/2023
01.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver