Məhkəmə qərarları › İş №2(002)-675/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-675/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-675/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o Cavabdeh ilə 12 dekabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə, ailə həyatı qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. 08 dekabr 2008-ci il tarixdə X2, 03 dekabr 2009-cu il tarixdə X9. Cavabdehlə faktiki olaraq ayrılmış, hazırda uşaqlar onun himayəsindədir. Cavabdeh könüllü olaraq uşaqlarına heç bir maddi yardım göstərmir. Hal-hazırda cavabdehdən alimentin başqa qayda ilə deyil, yalnız sabit pul məbləğində tutulmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 08 dekabr 2008-ci il tarixdə doğulmuş X1 və 03 dekabr 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, alimentin sabit pul məbləğində deyil, yalnız qazancından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X10 çıxışında alimenti cavabdehin qazancından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh izahatlarını və cavabdehin vəkili X5 çıxışını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qısmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 dekabr 2006-cı il tarixli, AZ-İ seriyalı, 288921 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 12 dekabr 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1079 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2008-ci il tarixli, AZ-İİ 193224 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 08 dekabr 2008-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2009-ci il tarixli, AZ-İİ 365239 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 03 dekabr 2009-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan “Socar” İnformasiya və Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Babayev X3 və Texnologiyaları və Rabitə İdarəsinin Bayıl-Lökbatan informasiya –kommunikasiya texnologiyaları xidmət sahəsində “telefon rabitəsi stansiyası avandanlığının elektrik montyoru” vəzifəsində çalışır. Aylıq maaşı 693.15 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X4 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 84.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək etməlidir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 08 dekabr 2008-ci il təvəllüdlü X1, 03 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay hər uşaq üçün 50 manat, ümumilikdə iki uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən alimenti yalnız sabit pul məbləğində tutulmasını tələb etsə də, ondan alimentin gəlir və qazancının müəyyən hissəsi həddində tutulmasını mümkün edə biləcək iş yeri vardır. Digər tərəfdən aliment cavabdehin yalnız qazancından tutulduğu halda bu gələcəkdə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün kifayət etmir. Belə olan halda aliment cavabdehin qazanc və gəlirindən, həmdə sabit pul məbləğində tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment 25 yanvar 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 60 manat məhkəmə məsrəfi Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 08 dekabr 2008-ci il təvəllüdlü X2 və 03 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, eyni zamanda əlavə olaraq hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi iki uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 25 yanvar 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İş üzrə 60 manat məhkəmə məsrəfi Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar