Məhkəmə qərarları › İş №2(002)-742/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-742/2025

10.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-742/2025 10.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə qarşı «xəsarətə görə ödənilən müavinətin minimum əmək haqqı miqdarında təshih edilərək ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə qarşı «xəsarətə görə ödənilən müavinətin minimum əmək haqqı miqdarında təshih edilərək ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 mart 2007-ci il tarixli 2-4/2007 saylı qətnaməsi ilə cavabdeh tərəfindən ona ödənilən 78 manat pul vəsaitinin 2010-cu ildən bu yana minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşına uyğun olaraq təshih edilərək ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı məsələləri tənzimləyən prosessual hüquq normasıdır. Həmin maddənin tələbinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər (232.1). Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (232.2). Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər (232.3). Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı Cavabdeh N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə qarşı «xəsarətə görə ödənilən müavinətin minimum əmək haqqı miqdarında təshih edilərək ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, o, Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinin tələblərinə riayət etməklə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi barədə ərizə ilə işə baxmış məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə qarşı «xəsarətə görə ödənilən müavinətin minimum əmək haqqı miqdarında təshih edilərək ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar