Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-781/2022 28.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 (min dörd yüz) manat əsas məbləğ, 34 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Aztur Rent A Car MMC ilə Cavabdeh arasında 24.10.2021-ci il tarixli 984 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır.Müqavilənin təminatı kimi,Hyundai Accent markalı,**-MO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24.10.2021-ci il tarixdən 04.11.2021-ci il tarixədək günlük 50(əlli) manat olmaq şərtiylə icarəyə verilmişdir.İcarə müqaviləsindən irəli gələn öhdəliklərə əsasən cavabdeh-Cavabdeh 400(dörd yüz) manat icarə haqqı,1000(min) manat isə icarə müqaviləsinin 8.4-cü bəndi pozduğuna görə borcu yaranmışdır.Cavabdeh 3 günün ödənişini etdikdən sonra ödəniş etməmiş və müddət bitdikdən sonra nəqliyyat vasitəsini başqa şəxsə təhvil vermişdir.Borcun ödənilməsinin təmin edilməsi barədə cavabdehlə dəfələrlə müraciət etsələr də,Cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehlə aralarında icarə müqaviləsi bağlanıldığını, avtomobilin icarəsinə görə hər günün icra haqqnın məbləğinin 50 manat olduğunu, ümumilikdə avtomobilin cavabdehin istifadəsində 11 gün olduğunu, həmin günlərdən 3 günün icarə haqqı pulunun ödəbildiyini, qalan 8 günün pulu isə 400 manat olmaqla, indiyədək ödənilmədiyini, bundan əlavə avtomobili özü şəxsən deyil qardaşı təhvil veridyindən, 1000 manat müqavilə üzrə cərimə olunduğunu,ona görə də ümumilikdə 1400 manat məbləğində pul ödəməli olduğunu, avtomobilin başqa şəxsin idarə etməsinə verməsi halını yalnız qardaşı maşını idarə edərək təhvil veridyinə görə cərimə yazıldığını bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2021-ci il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) mülkiyyət hüququ ilə ona məxsus olan 2012-ci il buraxılışlı, **-MO-*** dövlət nömrə nişanlı, HYUNDAİ ACCENT minik markalı avtomaşını Cavabdeh (icarədar) müvəqqəti istifadəsinə vermişdir, icarə haqqı hər sutka üçün 50 manat müəyyən edilmişdir. İş materiallarında olan 01.02.2022-ci il tarixli maliyyə arayışında görünür ki,Hyundai Accent markalı **-MO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24.10.2021-ci il tarixdən,04.11.2021-ci il tarixədək Cavabdeh günlük 50(əlli) AZN olmaq şərti ilə icarəyə verilmişdir.Cavabdeh 3 günün ödənişini 150(yüz əlli) manat etmiş 400(dörd yüz) manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 24.10.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, **-MO-*** dövlət nömrə nişanlı HYUNDAİ ACCENT minik markalı avtomobilin 04.11.2021-ci il tarixədək Cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazisində idarə olunması üçün etibarnamə verilmişdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli pretenziya məktubundan görünür ki,Cavabdeh **-MO- *** dövlət nömrə nişanlı HYUNDAİ ACCENT minik markalı avtomobil üçün 1400(min dörd yüz) manat borcu yaranmışdır. Borcun öədnilməsi tələb edilmiş, əks halda, məhkəməyə müraciət olunması barədə məlumat verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icarə müqaviləsinin predmeti olan **-MO-*** dövlət nömrə nişanlı HYUNDAİ ACCENT minik markalı avtomobil 04.11.2021-ci il tarixdəYusifov Ramin tərəfindən təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 24.10.2021-ci il tarixdə avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış və HYUNDAİ ACCENT minik markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icarə müqaviləsinin predmeti, iddiaçı icarəyəverən, cavabdeh isə icarəçi qismində çıxış etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra müqaviləsi üzrə onun predmetini təşkil edən avtomobil cavabdeh (qardaşı) tərəfindən icarəyə verən qismində çıxış edən iddiaçıya 04.11.2021-ci il tarixdə təhvil verildiyindən, həmin avtomobil 11 gün cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Həmçinin, müqvailə şərtlərinə əsasən cavabdeh 1 günlük icarə haqqı qismində 50 manat məbləğində pul vəsaiti öədnilməsi öhdəliyini götürmüşdür. İddiaçı cavabdeh tərəfindən 3 gün üçün icarə haqqının ödənildiyini bildirmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməyərək, qeyd edilən halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir Bu halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında icarə müqaviləsi üzrə öz üzərinə götürdüyü icarə haqqının ödənilməsi (ödənilməyən 8 gün üçün) üzrə borc öhdəliyi yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi icra müqaviləsi üzrə yaranmış 400 manat məbləğində olan borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1000 manat məbləğində pulun (avtomobili başqa şəxsin idarə etməsinə verməsinə görə yazılmış cərimə ilə bağlı) tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 8.4-cü maddənin tələbinə əsasən idarə etmənin digər şəxsə ötürüldüyü halda 1000 manat məbləğində cərimə tətbiq edilməsi barədə şərt qeyd edilmişdir. İndiki halda isə iddiaçı avtomobilin cavabdehin şəxsən özü tərəfindən deyil, onun qardaşı tərəfindən təhvil verilməsi halına istinad edərək, müqavilənin həmin şərti üzrə 1000 manat məbləğində cərimə tətbiq edildiyini, ona görə də həmin məbləğdə pulun tutulmasını tələb edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən halla bağlı yalnız avtomobilin başqa şəxs (qardaşı) tərəfindən təhvil verilməsi (hansıki həmin hal cavabdehin xəstəliyi və digər hər hansı səbəblə bağlı baş verə bilər) halına istinad edilmişdir. Məhkəmə hesab edir ki, yalnız qeyd edilən əsas müqavilənin həmin şərtinin pozulması kimi qiymətləndirilməsinə əsas vermir. İddiaçı tərəfindən isə həmin halla bağla isə digər hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqaviləbin qeyd edilən şərtinin, yəni avtomobili idarə etməyin digər şəxsə ötürülməsi şərtinin pozulması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət herərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24.10.2021-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 400 (dörd yüz) manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 4 manat məbləğində olan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-781/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-781/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver