Məhkəmə qərarları › İş №2(046)-2006/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2006/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2006/2024 23.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X1 ilə ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan fiziki şəxs vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 17 nömrəli icarə müqavilələrinin ləğv edilməsi və Cavabdeh icarə müqaviləsi əsasında istifadəsinə verilmiş Ağzıbir meşəbəyliyinin 14-cü kvartalının 19, 20, 21 -ci bölmələrindən ümumilikdə verilmiş 30 ha torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar