Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-836/2022 04.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin əmlakının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin əmlakının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus yataq dəsti mebeli, qonaq dəsti mebeli, soyuducu, paltaryuyan, televizor, mətbəx mebeli, 2 ədəd çilçıraq, xalça, soba, qab-qacaq, tozsoran, ütü, ətçəkən maşın, şirəçəkən maşın, geyim əşyaları, 3 ədəd pərdədən (jalüzdən) ibarət olan əşyaların ona məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X3 Cavabdeh ilə 23 iyun 2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə qardaşı arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehin bir sıra əmlakı 02.10.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzilində yerləşir. Hal-hazırda cavabdehlə qardaşı arasında olan nikah pozulsa da cavabdehə məxsus yataq dəsti mebeli, qonaq dəsti mebeli, soyuducu, paltaryuyan, televizor, mətbəx mebeli, 2 ədəd çilçıraq, xalça, soba, qab-qacaq, tozsoran, ütü, ətçəkən maşın, şirəçəkən maşın, geyim əşyaları, 3 ədəd pərdədən (jalüzdən) ibarət olan əşyaları ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzilindədir. O, cavabdehə dəfələrlə gəlib əşyaları aparmasını təklif etmişdir, lakin cavabdeh onlarda qalan əşyalarını gəlib aparmaq istəmir. Cavabdehə məxsus əşyaların onun mülkiyyətində olan mənzildə qalması onun mülkiyyət hüquqlarını pozur, o, öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir. Cavabdehin cehiz əşyaları onların onsuz da dar olan mənzildən istifadə etmələrini daha da çətinləşdirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə işə baxılma vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, İddiaçı izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 02.10.2004-cü il tarixli, ÖM seriyalı, 208206 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(002)- 1671/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh X2 (hazırkı mülki iş üzrə iddiaçının qardaşı) qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında 23 iyun 2012-ci il tarixdə 765 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 07.08.2013-cü il təvəllüdlü Turan və 31.05.2015-ci il təvəllüdlü Turanə analarının himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 04.05.2021-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, iddiaçının iddia ərizəsində sadalanan, cavabdehə məxsus əşyalar həqiqətən iddiaçıya məxsus mənzildə yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından görünür ki, mənzil iddiaçının mülkiyyətidir, cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşı olmaqla, həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən, sonuncunun əşyalarının iddiaçının mülkiyyətində olan mənzildə qalmasına hər hansı qanuni əsas yoxdur. Bu səbəbdən, iddia təmin edilməli və cavabdehə məxsus olan əşyalar iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus yataq dəsti mebeli, qonaq dəsti mebeli, soyuducu, paltaryuyan, televizor, mətbəx mebeli, 2 ədəd çilçıraq, xalça, soba, qab-qacaq, tozsoran, ütü, ətçəkən maşın, şirəçəkən maşın, geyim əşyaları, 3 ədəd pərdədən (jalüzdən) ibarət olan əşyalar İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh qanunla dövlət rüsumu ödəməkdən azad edildiklərinə görə onlardan işə baxılması ilə əlaqədar məhkəmə məsrəfləri tutula bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus yataq dəsti mebeli, qonaq dəsti mebeli, soyuducu, paltaryuyan, televizor, mətbəx mebeli, 2 ədəd çilçıraq, xalça, soba, qab-qacaq, tozsoran, ütü, ətçəkən maşın, şirəçəkən maşın, geyim əşyaları, 3 ədəd pərdədən (jalüzdən) ibarət olan əşyalar İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 5 «q» saylı evin 125 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-836/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-836/2022
04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver