Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-962/2022 29.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı uşağın respublikadan xarici ölkələrə sərbəst gedib-gəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı uşağın respublikadan xarici ölkələrə sərbəst gedib-gəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, mülki işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdeh X3 rəsmi olaraq Naxçıvan şəhəri, Qaraçuq ərazi dairəsi, Qaraçuq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırki işə aidiyyət qaydalarına uyğun olaraq Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Ona görə də, ərazi aidiyyəti qaydalarına uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 40.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X2 qarşı uşağın respublikadan xarici ölkələrə sərbəst gedib-gəlmə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-962/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-962/2022
29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver