Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-963/2022 07.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment pulunun və 60 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə o Cavabdeh ilə Qaradağ rayon Məhkəməsinin 2(002)-1712 saylı 28.09.2020-ci il tarixli qətnaməsinə əsasən,2020-ci il tarixdə nikahları ləğv olunub.Qətnaməyə əsasən 08.05.2005-ci il təvəllüdlü X7 atası Cavabdeh himayəsinə verilib.20.12.2013-cü il təvəllüdlü X8 onun himayəsində qalması barədə qətnamə qəbul olunmuşdur.Birgə nikahdan üç övladları olub.Uşaqların ikisi onun yanında biri atasının yanındadır.Övadlarının biri yetkinlik yaşına çatıb.O cavabdehlə uzun müddətdir ki,ayrı yaşayır.Cavabdeh onunla və övlarları ilə xeyli vaxtdır maraqlanmır.Həmin ayrılan vaxtdan ayrı yaşayır və təsərrüfatı birgə idarə etmirlər.Cavabdeh oğlu ilə barışmaqları,onların birgə ailə həyatının və ailənin qorunub saxlanması mümkün deyil.Övladları hal-hazırda onun yanındadırlar.Cavabdehin imkanı yaxşı olsada uşaqlarına baxmır.Ümumiyyətlə ayrı yaşayandan bəri heç gəlib maraqlanmır.Onun üçün uşağa tək baxmaq çətin olur.Övladları saxlanması ilə bağlı xərcləri çatdıra bilmir.Cavabdeh övladı ilə maraqlanmır.Bu günə qədər övladları bütün təminatları özü ödəyir.Ancaq baxır ki,ona bir ana kimi çətin olur.Övladları bəzi xərclərini çatdıra bilmir.Hər ay uşağa baxmaq üçün tək tənha çətinlik çəkir.Ancaq cavabdeh rəsmi olaraq işləyir,aylıq gəliri 1500-2000 manat arası dəyişir.Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında özünün 450-500 manat əmək haqqı aldığını, lakin yetkilik yaşına çatmış qızlarının da onunla birlikdə yaşadığını, kirayə qaldıqlarını, uşaqların xərcinin ödənilməsinə çətinlik çəkdiyini, nikahın pozulması zamanı aliment tələb etmədiyini, lakin indiki halda maddi çətinlik çəkdiyindən alimentin təyin eidlməsini istədiyini, cavabdehin rəsmi iş yeri və qazancının olduğunu bildirərəkiddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, uşaqları saxlamaqda çətinlik çəkirsə onun himayəsinə versin, o özü uşaqlara baxa biləcəyini bildirərək, özünün Neft şirkətində işlədiyini, rəsmi iş yeri olduğunu və əmək haqqı aldığını əlavə edərək, iddia tələbinin təmin eidlməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında iştirak edərək, cavabdehin izahatının məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehin uşaqları saxlamaq üçün maddi imkanın olduğunu, iddiaçı uşaqları saxlaya bilmədiyi halda, cavabdeh uşaqları ona verilməsini istədiyini, bir uşağın da cavabdehin himayəsində saxlanıldığını, o heç ona görə aliment tələb etmədiyini bildirəərk, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seryalı 222500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.12.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 2(002)-1712/2020 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə X10 arasında 15 may 2001-ci il tarixdə bağlanmış nikah pozulması,08 may 2005-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında və himayəsində saxlanılması,20 dekabr 2013-cü ildə X8 anası X1 yanında və himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ 360535№li nikahın pozulması haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, Cavabdeh ilə X3 arasında bağlanılmış nikah pozulmuş, bu barədə 245№ li 24 noyabr 2020-ci il tarixli akt qeydi aparılmış, nikah pozulduqdan sonra ərə Qaziyev, arvada Mürsəlova soyadı verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh “X11 KompaniS.A.”Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə valideynin qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında 20.12.2013-cü il təvəllüdlü X8 iddiaçının himayəsində saxlanılmışdır.Müvafiq məhkəmə qətnaməsi əsasında aliment təyin edilməmişdir. Cavabdeh rəsmi iş yerinə və qazanca malikdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, habelə cavabdeh tərəfin etirazının əsası olmaması halını nəzərə alaraq, ailə qanunvericiliyin tələbini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 01.03.2022-ci il tarixdən etibarən tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsi ilə bağlı hesab edir ki, cavabdeh medasiya prosesində üzrsüz səbəbdən iştirak etmdəiyindən və Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən iddiaçının həmin xərcin ona tam ödənilməsini tələb etmək hüququ olduğundan, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir hissəsi) miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.12.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir hissəsi) miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Aliment 01.03.2022-ci il tarixdən tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-963/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-963/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver