Məhkəmə qərarları › İş №2(002)-968/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-968/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-968/2022 12.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh Həşimov Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Həşimov Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Həşimov Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o, cavabdeh Həşimov Cavabdeh ilə 22 avqust 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları doğulmuşdur. 02 oktyabr 2008-ci il tarixdə Həşimova Fatimə Cavabdeh qızı, 20 sentyabr 2014-cü il tarixdə Həşimov İlyas Cavabdeh oğlu. Aralarında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsində saxlanılmaqla, onun xeyrinə cavabdehin qazancının 1/3 hissəsi məbləğində alimentin tutulması qət edilmiş, cavabdeh uşaqların saxlanılması üçün hər ay ona 340 manat məbləğində aliment ödəmişdir. Lakin dörd ay olar ki, cavabdeh alimenti ödəmir və bildirir ki, aliment verə bilmir. O, hazırda uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2018-c il tarixli, 2(002)-2284/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilərək cavabdeh Həşimov Cavabdeh 02 oktyabr 2008-ci il tarixdə doğulmuş Həşimova Fatimə Cavabdeh qızının və 20 sentyabr 2014-cü il tarixdə doğulmuş Həşimov İlyas Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 193 manat, iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Həşimov Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(002)-2284/2018 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə Həşimov Cavabdeh arasında 22 avqust 2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində 591 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, 02 oktyabr 2008-ci il tarixdə doğulmuş Həşimova Fatimə Cavabdeh qızı və 20 sentyabr 2014cü ildə doğulmuş Həşimov İlyas Cavabdeh oğlu iddiaçı X1 himayəsində saxlanılması, cavabdeh Həşimov Cavabdeh 18 may 2018-ci il tarixdən bşlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirinin üçdə bir hissəsi miqdarında aliment tutulub 02 oktyabr 2008-ci ildə doğulmuş Həşimova Fatimə Cavabdeh qızının və 20 sentyabr 2014-cü ildə doğulmuş Həşimov İlyas Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı cavabdeh Həşimov Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(002)-2284/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilərək cavabdeh Həşimov Cavabdeh 02 oktyabr 2008-ci il tarixdə doğulmuş Həşimova Fatimə Cavabdeh qızının və 20 sentyabr 2014-cü il tarixdə doğulmuş Həşimov İlyas Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh Həşimov Cavabdeh iş üzrə 66,30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Həşimov Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2018-c il tarixli, 2(002)- 2284/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, cavabdeh Həşimov Cavabdeh 02 oktyabr 2008-ci il tarixdə doğulmuş Həşimova Fatimə Cavabdeh qızının və 20 sentyabr 2014-cü il tarixdə doğulmuş Həşimov İlyas Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq ödənilmə qaydası dəyidirilmiş alimentin tutulması hesablansın. Cavabdeh Həşimov Cavabdeh iş üzrə 66,30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar