Məhkəmə qərarları › İş №2(002)-994/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-994/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-994/2022 18.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xəstəliyi ilə əlaqədar saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh birgə nikahdan xx xxx 2003-cü il tarixdə İddiaçı adlı bir uşaqları doğulmuşdur.Cavabdehlə aralarında olan nikah 23.05.2017-ci il tarixli 89 saylı akt qeydi ilə pozulmuş və uşaq onun himayəsində qalmışdır.Mədinə dipleqik spestik serebal iflicdir və Qaradağ rayon İcra hakimiyyəti başçısının 18 avqust 2021-ci il tarixli 197 saylı sərəncamı ilə o Mədinəyə qəyyum təyin edilmişdir.Qızı Mədinə xəstədir və ona xüsusi qulluq lazımdır.Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir.Fərdi qaydada işləyir və kifayət qədər gəlirə malik olsa da uşağına maddi yardım etmək istəmir.Cavabdeh uşağın saxlanması üçün aliment ödəsə də hazırda yetkinlik yaşına çatdığına görə aliment kəsilmişdir.Lakin xx xxx 2003-cü il tarixdə İddiaçı xəstə olmaqla onun saxlanması üçün alimentin tutulmasını istəyir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək,öz izahatında 3 uşağın olduğunu və 2 uşağa görə aliment aldığını, Mədinənin artıq yetkinlik yaşına çatdığnı, ona görə müəyyən eidlmiş alimentin artıq dayandığını, əvvəl Mədinəyə görə 136 manat aliment və 150 manat əlavə xərcə görə aliment aldığını, indi yetkinlik yaşına çatdığından Mdinə ilə bağlı aliment daha almadığını, özü də ona baxdığından işləyə bilmədiyini, ona görə də maddi çətinlik çəkdiyini, müavinət kimi aylıq 130 manat aldığını bildirərək, bu halların nəzərə alınaraq, özünün işləmədiyini,130 manat müavinət aldığını bildirərək özünün olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA******* seryalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Qanuni nümayəndədır. İş materiallarından görünür ki, Qanuni nümayəndə ilə Cavabdeh arasında bağlanılmış nikah pozulmuş, bu barədə akt qeydi 89 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 20.09.2017-ci il tarixli 2(002)-5173/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı,30.06.2008-ci il təvəllüdlü X2 və 28.09.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 avqust 2017-ci il tarixdən başlayaraq Cavabdeh Qanuni nümayəndə xeyrinə hər ay bir uşağa görə 136 manat 60 qəpik,cəmi 409 maant 80 qəpik sabit pul məbləğində aliment,habelə xx.xx.2003-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə 21 avqust 2017-ci il tarixdən başlayaraq Cavabdeh Qanuni nümayəndə xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-270/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, X4 onun üzərində qəyyumu kimi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Qanuni nümayəndə onun qəyyumu təyin eidlmişdir. Bu halda, məhkəmə Ailə Məcəlləsinin 80-ci maddəsini tələbini əsas götürərək, habelə X1 himayəsində olması halını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə tutulacaq alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı əvvəlki maddi təminat səviyyəsini (müvafiq məhkəmə qətnaməsi əsasında hər ay 136.6 manat və əlavə 150 manat aliment məbləği müəyyən edilmiş), habelə onun sağlamlıq vəziyyəti ilə bağlı mövcud olacaq xərclərin zəruriliyinin aşkar olduğunu nəzərə alaraq, hesab edir ki, alimentin məbləğinin hər ay 200 manat məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi çıxış edir. Ona görə də məhkəmə hesab edir ki, alimentin məbləği iddia tələbi həddində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 03.03.2022-ci il tarixdən etibarən tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış xx.xx.2003-cü il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış xx.xx.2003-cü il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə xeyrinə ödənilsin. Aliment 03.03.2022-ci il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 44 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar