Məhkəmə qərarları › İş №2(003)-1029/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1029/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1029/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3264/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-875/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün ondan iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqısı 370 manat təşkil edir. Həmin səbəbdən, nəinki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3264/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəmək, heç özünün hər ay ən azından 305 manat maddi təminat almaq hüququmu təmin etmək iqtidarında deyildir. Eyni zamanda cavabdeh uşaqlarının yaşayış minimumu həddində maddi təlabatım ödəməkdə onunla bərabər vəzifə daşısa da, alimenti uşaqların saxlanmasına deyil, özünün tələbatının ödənilməsinə xərcləyir. Hesab edir ki, qeyd edilən hallar nəzərə alınaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3264/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, uşaqların hər biri üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməlidir. Cavabdehə aliment miqdarının azaldılması tələbi barədə mediasiya prosesinin tətbiqi barədə ərizə, mediasiya təşkilatına isə ilkin mediasiya sesiyası üçün ərizə göndərsə də, aralarındakı mübahisənin mediasiya prosesində həlli mümkün olmamış və ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/11/2024-01220 saylı xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 ddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə aliment borcu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddiaya yazılı etirazla müraciət edərək, göstərmişdir ki, Xəzər Rayon Məhkəməsinə alimentin artırılması ilə bağlı müraciət etmiş və İddiaçı Valəddin oğlunun iddiada bildirdikləri hamısı yalan və əsassızdır. İddiaçı Valəddin oğlunun iddia ərizəsində qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, ailədaxili münasibətlərin pozulması, ailə tellərinin qırılması aşağıda qeyd edildiyi kimi olmuşdur. İddiaçı Valəddin oğlu ilə Cavabdeh arasında Bakı şəhəri Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Ailədaxili münasibətləri əvvəllər normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti köklü surətdə dəyişmiş, son bir neçə ildə ailə münasibətləri faktiki olaraq heçə enmişdir. Belə ki, cavabdehin fikrincə tərəflər evləndikdən sonra da, birbirilərinə qarşı heçbir məsuliyyət daşımamalı, bir-birinin heç bir işinə qarışmamalı, hətta onlardan hər hansı birinin davranışı digərini maraqlandırmamalıdır. Cavabdeh hesab edir ki, birgə yaşadıqları dövrdə cavabdeh bir kişi kimi ailə bağlarının daha da möhkəmlənməsi üçün heç bir addım atmamışdır. Artıq son dövrlərdə başverənlər, evdə küçə söyüşlərindən istifadə etməsi xüsusilə cavabdehin digər şəxslərlə münasibəti, dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq ailəsini heçə sayaraq digər şəxslərlə olan münasibətini davam etdirməsi onu cavabdehə qarşı daha qəti addımlar atmağa sövq etmişdir. Belə ki, cavabdeh digər şəxslə olan münasibəti nəticəsində nəinki arvad kimi onu, hətta azyaşlı övladlarını belə yadından çıxarmışdır. Uşaqlarının belə bir mühitdə böyüməsi, tərbiyə görməsi yolverilməzdir. Ailənin dağılmaması və uşaqların psixologiyasının pozulmaması üçün dəfələrlə tavabdehlə dil tapmağa çalışmış, lakin heç bir nəticəsi olmamışdır. Belə olan halda onun nikahın pozulmasını və azyaşlı övladlarının onun himayəsində qalmasını tələb etməkdən başqa çarəsi qalmamışdır. Bundan sonra ər-arvad kimi birgə yaşamaq və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Cavabdehin malik olduğu həyat tərzi, dünyaya baxışı, xasiyyəti və zərərli vərdişləri övladlarının həyatına və psixologiyasına bilavasitə mənfi təsir edir, gələcəkdə də etməsi qaçılmazdır. Həmçinin, uşaqların bu yaşda adekvat, isti və lazımlı valideyn qayğısına daha çox ehtiyacının olması nəzərə alınaraq, hesab edir ki, uşaqlar onun yanında qalmalıdır. Onun iddiası üzrə cavabdehin bir ata kimi uşaqların gələcək həyatına hər hansı tövhə verməsi, habelə uşaqları düzgün tərbiyə etməsi mümkün deyildir. Görünən odur ki, İddiaçı üçün uşaqların varlığının heç bir əhəmiyyəti yoxdur. Valideyn məsuliyyəti — ata məsuliyyəti yox səviyyəsindədir. Uşaqları təhsildən tərbiyədən yayındırmaq valideyn məsuliyyətsizliyinin nəticəsidir. İddiaçı Valəddin oğlunun iddia ərizəsində əsassız məqamlardan biri də guya o, alimenti öz mənafeyi üçün xərcləyir, indiki dövrdə 400 manat pul ilə iki özüdə qız uşaqlarını saxlamaq necə çətindir. Bu tələb tamamilə əsassız, qanunsuz və ədalətsizdir. İddiaçı Valəddin oğlu "xxxx" MMC-də işlədiyini vədə orada 370 manat olduğunu bildirmişdir lakin hazır ki, ölkə üzrə minimum əmək haqqı 400 manat təşkil edir, o, yenidən ailə həyatı qurmuş X13 ilə o özüdə halhazırda "xxxx" MMC-də işləyir və orada ən minimal əmək haqqı 660 manat olduğunu bildirir. İddiaçı Valəddin oğlu iş ilə əlaqədar olaraq Gürcüstan Respublikasındadır və orada işləyir, iş yerindən ora göndəriblər və ölkə xaricinə göndərilən birisinə ezam puluda hesablanır. Bu necə ola bilər ki, bir insanı ölkə xaricinə göndərsinlər və 370 manat əmək haqqı alsın. Bu insan 370 manat əmək haqqı alırsa, bunun 300 manatını verməyə hazırdısa, bəs necə 70 manat ilə dolanacaqdır. Buda o deməkdir ki, iddiaçının başqa gəlirləridə vardır vədə əsassız olaraq məhkəməyə iddia qaldıraraq alimentin azaldılmasını tələb edir. Bu insan öv övladlarına pul verməyə əli gəlmir axtarmır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəyən şəxsin də maddi vəziyyəti və diqqətə layiq olan digər hallar nəzərə alınmalıdır. Birgə nikahda olan dövrdə də uşaqların xərcləri birgə gəliri hesabına başa gəlirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3264/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-875/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Valəddin oğlundan iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüldü X4 yekinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Valəddin oğlundan iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı Valəddin oğlundan iddiaçı Cavabdeh xeyrinə tutulması, cavabdeh İddiaçı Valəddin oğlundan 34,40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3264/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunması və alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılması qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Xədicə Yasərulla qızı ilə xx.xx.2023-cü il tarixdə Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1044 nömrəli qeydiyyat aparılmış, ərə Əzimov, arvada Əzimova soyadı verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2/31 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 hal-hazırda "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 370 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 1/05 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də fəhlə işinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. X5 xx.xx.2025-ci il tarixdə yenidən fəhlə işinə qəbul edilmiş və hal-hazırda "xxxx" MMC-də işləyir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin nikahlarındn xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Sonradan faktiki nikahları pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3264/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunması və alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılması qərara alınmışdır. Cavabdeh X14 ilə xx.xx.2023-cü il tarixdə Quba regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi rəsmi nikah daxil olmuşdur. İddiaçı, əmək haqqısının az olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslar aliment məbləğinin azaldılması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, alimentin miqdarı indeksasiya edilən dövrdə də, mövcud olmuş və müvafiq olaraq alimentin miqdarının azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Halbuki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, alimenti azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar