Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1098/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1345/2014 saylı 30 aprel 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 386/2019 saylı 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə artırılmış alimentin ondan tutularaq Cavabdeh verilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun anasıdır. Anası, X8, X10 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Anası 300 manat minimum pensiya məbləği alır. X2 da təqaüdçüdür. Cavabdehin ondan aliment tələbi qərəzli şəkildədir. Belə ki, o, əvvəllər yaşadığı ünvan 1 ünvanından qovulmuş və əsassız səbəblərə görə evdə yaşamağına icazə verilməmişdir. 2015-ci ildə ailə qurmuş və kirayədə yaşayır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3716/2021 03.12.2021-ci il tarixli qətnaməsi ilə onun Bakı şəhəri Şüvəlan qəsəbəsi 26 Bakı komisarı (hazırda A.İldırım) küçəsi döngə 1 dalan 1, 1A saylı evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bundan başqa, iddiaçılar X4, Cavabdeh və X3 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mirasda məcburi pay almaq hüququndan məhrumetmə tələbinə dair iddiaları Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon Məhkəməsinin 2-289/2005 saylı 11.07.2005-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan başqa, iddiaçılar X4 və Cavabdeh İddiaçı qarşı ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi tələbinə dair iddiaları Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) Rayon Məhkəməsinin 2-200/2006 saylı 17.04.2006-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Göründüyü kimi, valideynləri hər zaman ona qarşı qərəzli mövqe tutmuşlar. X1 yüksək maaşlı vəzifədə çalışır, "Nissan Tida" markalı **-VS-*** dövlət qeydiyyat nişanlı və "Porche Cayenne” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri idarə edir. O isə ailədə yeganə qazanc əldə edən şəxsdir, həyat yoldaşı işləmir, övladı ilə onun himayəsindədir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1345/2014 saylı 30 aprel 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-386/2019 saylı 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə artırılmış alimentin ondan tutularaq Cavabdeh verilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun oğludur. O, oğlunu böyütmüş, oxutdurmuş, işə düzəltmişdir. Oğlu isə valideynləri ilə mübahisə edir, onlara maddi köməklik göstərmir. O, heç yerdə işləmir, pensiya ilə dolanır. Oğlu isə yüksək maaşlı işdə işləyir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı Xəlilov İddiaçı Fəridə İzzət qızı ilə X4 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 386/2019 saylı 17 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1345/2014 30 aprel 2014cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və İddiaçı hər ay 70 manat məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin mənafelərinin təmin edilməsindən, həmin valideynlərin saxlanmasında könüllü iştirak etməyən övladların onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır. Qanun, həmçinin aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad etmək imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəflərin diqqətəlayiq başqa maraqları nəzərə alınsın, aliment ödəyən tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin aliment ödəyə bilməyəcək dərəcədə əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə aliment ödənilmədiyi halda belə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Habelə alimentdən azad edilmə məsələsinə əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. İddia ərizəsindən və iddiaçının məhkəmədə izahatı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehin pensiya olduğunu və bacısının yüksək əmək haqqı aldığını əsas gətirərək, valideynin saxlanması üçün müəyyən edilmiş alimenti ödəməkdən tamamilə azad olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 386/2019 saylı 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə alimentin tutulması müəyyən olunduqdan sonra, özünün və cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsini məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynin mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı alimentdən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1098/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1098/2022
08.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver