Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1145/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2013-cü il tarixdə 841 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları-Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 may 2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. AZ-İ seriyalı, 442919 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh qarşı “əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 269 saylı bağ evində olan, cavabdehə məxsus 2 ədəd uşaq çarpayısının, 1 ədəd “İndesit” markalı soyuducunun, 1 ədəd “İndesit” markalı paltaryuyan maşının, 1 ədəd “LG” markalı televizorun və qab-qacaq əşyalarının çıxarılaraq Cavabdeh təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nikah pozulduqdan sonra onun hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 269 saylı bağ evində cavabdehin bəzi əşyaları qalmışdır. O, cavabdehdən dəfələrlə həmin əşyaların çıxarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək hazırda atasının evində yaşadığını, onun hazırda yaşadığı yerin şəraitinin yaxşı olmadığını, onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 269 saylı bağ evinə köçürülməsini istədiyini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçıların izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisinin Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 58 nömrəli, 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il tarixdə ölmüş X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə İddiaçı Əlimədəd oğlu tərəfindən üraciət olunmuşdur. Məlum olmuşdur ki, İddiaçı Əlimədəd oğlu – X2 qanun üzrə vərəsəsidir. Mərhumdan qalan miras əmlaka vərəsəlik işi açılmışdır. Vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq mərhum – X2 adına olan Bakı şəhəri, Xəzər (keçmiş Əzizbəyov) rayonu, Zirə qəsəbəsi, 269 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv. m. torpaq sahəsinə çıxarışın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin əmlaklarının iddiaçıya məxsus evdə saxlanması, onun evə dair hüquqlarını pozduğuna görə həmin əşyaların iddiaçıya məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 269 saylı sahədə, 1200 kv. m. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh aid əşyalar çıxarılaraq cavabdehə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 269 saylı sahədə, 1200 kv. m. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan 2 ədəd uşaq çarpayısı, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 ədəd “LG” markalı televizor və qab-qacaq əşyaları çıxarılaraq Cavabdeh təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1145/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1145/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver