Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1149/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək aliment məbləğinin artırılaraq hər ay hər uşağa 193,0 manat olmaqla, cəmi 386,0 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)- 234/2018 saylı 18.12.2018-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan rəsmi nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından 10.05.2016-ci il təvəllüdlü X4 və 24.12.2017-ci il təvəllüdlü X8 iddiaçının himayəsinə verilmiş və onların saxlanılması üçün hər ay hər uşağa 100,0 manat olmaqla, cəmi 200,0 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehlə barışdıqları üçün icra sənədinə xitam verilmişdir. Lakin bir müddət sonra yenidən münasibətləri pozulmuş və iddiaçı uşaqları ilə birlikdə atasının evinə dönmüşdür. Ona görə də o, aliment məbləğinin artırılaraq hər ay hər uşağa 193,0 manat olmaqla, cəmi 386,0 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 2(070)-234/2018 saylı 18.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, X2 ilə Cavabdeh ilə arasında 15 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1225 sayla bağlanmış nikah qeydi pozulub, tərəflərin birgə nikahından doğulmuş 10 may 2016-cı il təvəllüdlü X3 və 24 dekabr 2017-ci il təvbəllüdlü X5 tərbiyyə olunmaları üçün iddiaçı X1 himayəsində saxlanılması, 10 may 2016-cı il təvəllüdlü X3 və 24dekabr 2017-ci il təvbəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment və birgə nikahlarından doğulmuş 24 dekabr 2017-ci il təvbəllüdlü X5 3 yaşı tamam olanadək anaya qulluğa görə 60 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan 10 may 2016-cı il təvəllüdlü X4 və 24 dekabr 2017-ci il təvbəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 09.04.2019-cu ildə Goranboy Rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan 17.12.2021-ci il tarixli “İcraata xitam Qərarı”dan görünür ki, tələbkar İddiaçı 17 dekabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu Cavabdeh ilə hal-hazırda barışdıqlarına və birgə yaşadıqlarına görə Xocalı Rayon Məhkəməsinin 2(070)234/2018 Ne li, 18.12.2018-ci il tarixli icra sənədi üzrə “İcra haqqındaə Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi üçün Xocalı Rayon Məhkəməsinin 2(070)-234/2018 saylı 18.12.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 15.10.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 10 may 2016-cı il təvəllüdlü X4 və 24 dekabr 2017-ci il təvbəllüdlü X8 doğulmuşdur. Xocalı Rayon Məhkəməsinin 2(070)-234/2018 saylı 18.12.2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və hər uşağa görə 100,0 manat olmaqla, cəmi 200,0 manat məbləğində aliment və 24 dekabr 2017-ci il təvbəllüdlü X5 3 yaşı tamam olanadək anaya qulluğa görə 60 manat məbləğində pul tutulmuşdur. Xocalı Rayon Məhkəməsinin 2(070)- 234/2018 saylı 18.12.2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hisəssində icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay alimentin alınaraq ciddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 193,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, icavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər hər uşağa görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 330,0 (üç yüz otuz) manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 17 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 17.02.2022-ci il tarixdən başlayaraq 10 may 2016-cı il təvəllüdlü X3 və 24 dekabr 2017-ci il təvbəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 165,0 manat olmaqla, cəmi 330,0 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 17.02.2022-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə 10 may 2016-cı il təvəllüdlü X3 və 24 dekabr 2017-ci il təvbəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 165,0 manat olmaqla, cəmi 330,0 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1149/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1149/2022
11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver