Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1242/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X3 iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı aliment tələbinə, qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması, onun heç bir yerdə işləməməyini nəzərə alıb Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 3 yaşları tamam olana kimi saxlanılması üçün hər ay hər uşağa ayrı-ayrılıqda əlavə olaraq 100 manat, X5 müalicəsi üçün 100 manat, cəmi 300 (üç yüz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 dekabr 2017-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 18 avqust 2018-ci ildə X8 və 20 fevral 2020-ci ildə X10 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və cavabdeh ailəni tərk edib getmişdir. 20 fevral 2020-cı il təvəllüdlu X10 vaxtından əvvəl doğulduğundan və xəstə olduğu üçün o, mütəmadı olaraq müalicə olunur. Uşaqlar balaca olduğundan işləyə bilmir. Cavabdeh isə ailəsinə maddi cəhətdən köməklik göstərmir. Cavabdeh hazırda N saylı hərbi hissədə işləyir və orta aylıq əmək haqqı 1200 (bir min iki yüz) manat təşkil edir. Qarşılıqlı iddia üzrə Cavabdeh iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 30.12.2017-ci il tarixli nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 30.12.2017-ci il tarixli nikahın pozulması ilə yanaşı azyaşlı 18.08.2018-ci il təvəllüdlü X4 və 20.02.2020-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdeh Məmmədova (Hidayətli) Nazan Bəhlul qızı ilə 30 dekabr 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurmuşdur. Birgə nikahdan 18.08.2018-ci il təvəllüdlü X11 və 20.02.2020-ci il təvəllüddlü X10 adlı iki övladları olmuşdur. Nikahları ilk dövrlərdə münasibətləri normal olsa da, getdikcə bu münasibətlər gərginləşməyə və pisləşməyə başladı. Ailəni bərpa etmək mümükün deyildir. Hazırda cavabdehlə fakitiki olaraq ayrılmışdır, birgə təsərrüfat aparmırlar. Bundan sonra da ailə münasibətlərimizin normallaşması və düzəlməsi qeyri-mümkündür. O dəfələrlə çalışdı ki, ailələrini dağılmasın, lakin etdiyi səylərin heç bir nəticəsi olmadı.Cavabdehlə xasiyyətləri uyun gəlmir. Onlar başqa-başqa adamlardır. Hesab edir ki, yuxarıda sadaladığı faktlarda ailənin saxlanmasının qeyri-mümkünlüyü açıq aşkar görünür. Məhkəmə iclasında ilk İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı məhkəmə tərəfindən verilmiş vaxt ərzində barışıq olmadığını və cavabdehdən yalnız aliment tələbi olduğu, digər əlavə xərclər ilə bağlı tələbi olmadığını bildirdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh və nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Həmçinin İddiaçı uşaqlara məsuliyyətsiz yanaşdığını və uşaqların onun (Cavabdeh) yanında qalmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası və iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaq tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən 30.12.2017ci il tarixdə verilmiş AZ-İİ seriyalı 247879 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 30.12.2017-ci il tarixdə nikahları bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4400 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 24.02.2020ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20.02.2020-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 09.09.2018ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18.08.201820-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə 18.08.2018-ci il təvəllüdlü X4 və 20.02.2020-ci il təvəllüdlü X5 (məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) saxlanması üçün Cavabdeh 29.04.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Xəzər rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 19.08.2021-ci il tarixli, 737 saylı rəylərindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan rəsmi nikah ləğv olunduğu halda bu nikahdan dünyaya gəlmiş 18.08.2018-ci il təvəllüdlü X8 və 20.02.2020-ci il təvəllüdlü X1 olmaları və onların hazırda daha çox analarının diqqət və qayğısına ehtiyac duymaları faktını nəzərə alaraq hər iki azyaşlının anaları İddiaçı himayəsində qalmaları azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk İddiaçı iddia tələbi 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması, iddiaçının heç bir yerdə işləməməyini nəzərə alıb Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 3 yaşları tamam olana kimi saxlanılması üçün hər ay hər uşağa ayrı-ayrılıqda əlavə olaraq 100 manat, X5 müalicəsi üçün 100 manat, cəmi 300 (üç yüz) manat pulun tutulmasından ibarət olmuşdur. Məhkəmə iclasında İddiaçı vermiş olduğu izahatında cavabdehdən yalnız alimentin tutulmasını xahiş etmişdir. Göründüyü kimi ilkin İddiaçı tələbi yetkinlik yaşıns çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması və əlavə xərclərin tutulmasından ibarətdir. Məhkəmə ilk İddiaçı iddiasının alimentin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti 16.11.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, mülki işin materiallarında görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə 18.08.2018-ci il təvəllüdlü X4 və 20.02.2020-ci il təvəllüdlü X5 (məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) saxlanması üçün Cavabdeh 29.04.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia alimentin tutulması hissəsində təmin edilməli, Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. İlk İddiaçı iddiasının onun heç bir yerdə işləməməyini nəzərə alıb Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 3 yaşları tamam olana kimi saxlanılması üçün hər ay hər uşağa ayrı-ayrılıqda əlavə olaraq 100 manat, X5 müalicəsi üçün 100 manat, cəmi 300 (üç yüz) manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını müəyyən edən Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad etməklə cavabdehin əlavə xərclərdfə iştirakını tələb etmişdir. Həmin maddəyə görə isə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi, iddiaçı uşaqların xəstəliyi ilə bağlı müalicə olunmasını və onların başqa zəruri xərlərinin olmasına istinad etməklə məhz bununla bağlı çəkilən və çəkilməli xərclərdə iştirak etməsi üçün cavabdehdən özünün xeyrinə hər ay 300 manat tutulmasını tələb etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, bu xərclərə cəlb edilməsi üçün mütləq şəkildə mötəbər sübutlarin təqdim edilməli olması da yuxarıda qeyd edilən qərarda əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 3 yaşları tamam olana kimi saxlanılması üçün hər ay hər uşağa ayrı-ayrılıqda əlavə olaraq 100 manat, X5 müalicəsi üçün 100 manat, cəmi 300 (üç yüz) manat pulun tutulması hissəsində rədd edilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanmış 30.12.2017-ci il tarixli nikahın pozulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə, nikah pozulur. İş materiallarından görünür ki, tərəflərin barışması üçün 03 (üç) ay müddət müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı barışıq üçün verilmiş vaxt tamamında nikahın pozulmasını təkid etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 5 saylı ASAN Xidmət mərkəzində 30.12.2017-ci il tarixdə 4400 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Mülki iş üzrə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının vermiş olduğu rəyində iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında olan rəsmi nikah ləğv olunduğu halda bu nikahdan dünyaya gəlmiş 18.08.2018-ci il təvəllüdlü X8 və 20.02.2020-ci il təvəllüdlü X1 olmaları və onların hazırda daha çox analarının diqqət və qayğısına ehtiyac duymaları faktını nəzərə alaraq hər iki azyaşlının anaları İddiaçı himayəsində qalmaları azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalı, birgə nikahlarından doğulmuş uşaqları - 18.08.2018-ci il təvəllüdlü X8 və 20.02.2020-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin İddiaçı iddiası qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 18 avqust 2018-ci ildə doğulmuş X4 və 20 fevral 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalı, iddia qalan hissədə rədd ediləmlidir. Qarşılıqlı iddiaçı Cavabdeh iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı arasında 5 saylı ASAN Xidmət mərkəzində 30.12.2017-ci il tarixdə 4400 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları - 18.08.2018-ci il təvəllüdlü X8 və 20.02.2020-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilsin. 18 avqust 2018-ci il təvəllüdlü X4 və 20 fevral 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16.11.2021-ci il tarixdən başlayaraq ilkin iddia üzrə Cavabdeh ilk İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qaşlılıqı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh ilə qaşlılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 5 saylı ASAN Xidmət mərkəzində 30.12.2017-ci il tarixdə 4400 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulsun. İddia qalan hissədə rədd edilsin. Tərəflərin birgə nikahından doğulmuş 18 avqust 2018-ci il təvəllüdlü X4 və 20 fevral 2020-ci il təvəllüdlü X10 cavabdeh İddiaçı yanında saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1242/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1242/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver