Məhkəmə qərarları › İş №2(003)-1249/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1249/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1249/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment ödənişlərindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3824/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxx 2018-ci il təvəllüdlü X2 müalicə xərci olaraq 50 manat pul vəsaitinin ondan tutularaq Cavabdeh verilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf olaraq iş üzrə Cavabdeh ilə xx xxxxxxxx 2016-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X4 doğulub. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 3824/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək cavabdeh İddiaçı xx xxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin və uşağın müalicə xərci olaraq 50 (əlli) manat pul vəsaiti (uşaq sağalanadək) tutularaq iddiaçı Cavabdeh qızma verilməsi qət edilib. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 219/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli nikahın pozulması qət edilib. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 3824/2019 saylı qətnaməsində iş materiallarında olan inkişaf tarixçəsində “neonatal periodda uşaqda allergiyaya meyillilik müşahidə olunduğu, 1 yaşma kimi “Bud çanaq oynağının displaziyası”, “Kəllədaxili hipertenzion sindrom”, “Yaş-burun kanalının sterozu” diaqnozları ilə ortoped, nevropatoloq, oftalmoloq terefindən mütamadi müayinə və rnülicə aldığı, xx xxxx 2019-cu il tarixdə uşaq “Tənəffüs yollarının obstruksiyası ilə müşahidə olunan kəskin respirator xəstəlik (KRX) keçirmiş, salbutamol, montel, antihistamin preparatlar ilə rnülicə aldığı, 2019-cu ilin aprelnoyabr aylarında üç dəfə yuxarıda göstərilən diaqnoz ilə təkrar müalicə aldığı, hal-hazırda uşağın KRX ilə tez-tez xəstələndiyinə və obstryktiv sindroma meyilli olduğuna görə mütəmadi nəzarət və möhkəmləndirici müalicəyə ehtiyacı olmasına” istinad edərək uşağın müalicə xərci olaraq ondan hər ay 50 manat məbləğində müalicə xərcinin tutularaq iddiaçı Cavabdeh qızma ödənilməli olması nəticəsinə gəlib. 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli məktubuna istinad edilərək xx xxxx 2018-ci il təvəllüdlü X2 doğum evindən çıxdığı tarixdən etibarən poliklinikanın uşaq şöbəsində qeydiyyatda olduğu, hazırda uşağın kəskin respirtor xəstəlik diaqnozu ilə xəstələndiyinə və möhkəmləndirici müalicəyə ehtiyacının olduğu bildirilib. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-3824/2019 saylı qətnaməsi ilə xx xxxx 2018-ci il təvəllüdlü X2 müalicə xərci olaraq 50 (əlli) manat pul vəsaitinin (uşaq sağalanadək) məndən tutularaq iddiaçı Cavabdeh verilməsindən azad edilməyi barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iş materiallarında olan inkişaf tarixçəsi və 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli məktubuna əsaslanaraq azyaşlı X2 xəstə olması və odur ki, məndən müalicə xərci olaraq hər ay 50 (əlli) manat pul vəsaitinin (uşaq sağalanadək) tutularaq iddiaçı Cavabdeh verilməsini qət edib. X1 tam sağalıb, onun səhhətində heç bir problem yoxdur. Bu barədə məhkəmə icraatı müddətində tibb müəssisəsinin arayışı məhkəməyə təqdim ediləcək. Lakin qızının sağalmasına baxmayaraq, Cavabdeh müalicə xərci adı altında ondan hər ay 50 manat pul alır. Bu isə cavabdehin “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3824/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxx 2018-ci il təvəllüdlü X2 müalicə xərci olaraq 50 manat pul vəsaitinin ondan tutularaq Cavabdeh verilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı xx xxxxxxxx 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları – xx xxxx 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3824/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh xeyrinə, xx xxxx 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment və uşağın müalicə xərci olaraq 50 manat pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vəkil sorğusuna əsasən bildirilmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X6 hal-hazırda uşaq şöbəsində qeydiyyatdadır. Uşağın inkişaf tarixçəsinə müvafiq olaraq, R.Hüseynova bir yaşına kimi nevroloji, oftalmoloji, travmatoloji-ortopedik səbəblərə görə 2019-cu ildə 3 dəfədən artıq obstruksiya ilə müşahidə olunan kəskin respirator xəstəlik keçirdiyinə görə ikinci sağlamlıq qrupuna aid edilmişdir. Son 2020-ci il ərzində xəstəliyə görə uşaq poliklinikasına müraciət edilməmişdir. Uşağın hazırdakı durumunu qiymətləndirmək üçün anaya müraciət edilmiş və poliklinikaya dəvət olunmuşdur. Lakin valideyn uşağı müayinə etdirməkdən yayınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad etmək imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəflərin diqqətəlayiq başqa maraqları nəzərə alınsın, aliment ödəyən tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin aliment ödəyə bilməyəcək dərəcədə əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə aliment ödənilmədiyi halda belə uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Habelə alimentdən azad edilmə məsələsinə əsas olan halın daimi xarakter daşıyıbdaşımaması nəzərə alınmalıdır. İddia ərizəsindən və iddiaçının məhkəmədə izahatı zamanı aydın olmuşdur ki, iddiaçı uşağın artıq sağaldığını və müalicəyə ehtiyacı olmadığını əsas gətirərək, uşağın müalicəsi üçün ondan tutulan əlavə xərci ödəməkdən tamamilə azad olunmasını məhkəmədən xahiş etmiş, lakin iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3824/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə aliment və əlavə xərcin tutulması müəyyən olunduqdan sonra, uşağın sağalması və pul vəsaitinə ehtiyacı olmamasını məhkəmə iclasında sübutlarla əsaslandıra bilməmiş, məhkəməyə uşağın son iki ildə müayinə olunmamasına dair məktub əlavə etsə də, məhkəmə bu dəlili uşağın sağalmasına dəlalət edən sübut hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən azad olunması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1. maddəsindən görünür ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində (ailə üzvlərinin aliment öhdəlikləri) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı aliment ödənişlərindən azad edilmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar