Məhkəmə qərarları › İş №2(003)-1265/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1265/2022

18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1265/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 10 sentyabr 2008-ci il təvəllüdlü X5 və 17 noyabr 2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılmalarına, aliment məbləğinin 09 dekabr 2021-ci il tarixdən hesablanmaqla yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün cavabdehdən hər ay hər biri üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 18 oktyabr 2018-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar və cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarındada bağlanmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 18 oktyabr 2008-ci il tarixli nikahın pozulması, onların birgə nikahından 10 sentyabr 2008-ci il tarixdə doğulmuş X5 və 17 noyabr 2011-ci il tarixdə doğulmuş X4 ataları Cavabdeh yanında saxlanılması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 19 dekabı 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşağa görə 100 manat olmaqla sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2020- ci il tarixli qətnaməsi hər iki uşağın atalan Cavabdeh yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay, hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbləri rədd edilib, həmçinin hər iki uşağın İddiaçı himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və alimentin tutulmasının əvvvəlinin uşaqların ona verildiyi vaxtdan hesablanması qət olunmuşdur. Qətnamədən verilmiş kassasiya şikayəti nəticəsində, mülki iş yenidən baxılmaq üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsində ikinci icraat zamanı isə 22 iyul 2021-ci il tarixli qətnamə ilə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəzərdə tutulan iş üzrə mübahisələr yekunlaşmış, tərəfindən verilən kassasiya şikayəti ilə işə baxılaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bildirmişdir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən həyata keçirilən icra mərhələsində qızı, xx.xx.2008-ci il təvəllüdlü X5 onunla qalmaq istəmədiyini və geri qayıtmaq istəmədiyi bildirmişdir. Bu hal, akt tərtib olunmaqla rəsmiləşdirilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli aktdan da göründüyü kimi, qızı icra zamanı şöbəyə gəlmək istəmədiyini bildirmişdir. Bildirir ki, qızı, X5 xx.xx.2021-ci il tarixdən faktiki olaraq onun himayəsindədir. Hər bir halda övladlarının maraqlarının qorunması və onların üstün mənafeləri təmin olunmalıdır. Onların ana nəvaziş və qayğısına ehtiyacı vardır. Hazırda qızı X2 şəkildə onun yanında qalmağa davam edir və anasına bağlıdır. Hesab edir ki, məhkəmənin uşaqla bağlı olan mübahisələri həll edərkən əsas vəzifəsi uşağın maraqlarını maksimum dərəcədə təmin edə biləcək valideynin seçməsi olmalıdır . Belə ki, burada əsas məqsəd övladlarının valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsi və onun hərtərəfli şəkildə inkişafının təmin olunmasıdır. Həmçinin, digər övladı da öz bacısından ayrılmamalıdır. Belə ki, onların sağlam şəkildə inkişafı üçün birlikdə böyümələri zəruridir. Bu baxımdan uşaqlarının hər ikisi, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsinə verilməlidir. Bütün bunlardan əlavə olaraq, cavabdehin uşaqlarının saxlanmasında iştirak etməli olduğunu da nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, məhkəmə qərarı ilə hər iki uşağın istəyi nəzər alınmaqla onun yanında saxlanılması müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən qızına təzyiqlər olduğuna görə qızı Jalə iddiaçının yanındadır. Belə ki, şəxsi yazışmaları zamanı Jalə onun yanında qalmaq istədiyini bildirir. İddiaçının hazırki iddiasının məqsədi isə aliment ödəməkdən yayınmaqdır. Valideynlərinin iştirakı ilə məhkəmə iclasında dinlənilmiş 10 sentyabr 2008-ci il təvəllüdlü X5 bildirmişdir ki, hazırda anası ilə qalır və daimi anası ilə qalmaq istəyir. Atası ilə görüşür. Qardaşı ilə də ünsiyyət etmək istəyir, lakin qardaşı onunla danışmır. Valideynlərinin iştirakı ilə məhkəmə iclasında dinlənilmiş 17 noyabr 2011-ci il təvəllüdlü X7 bildirmişdir ki, hazırda atası ilə qalır və daimi atası ilə qalmaq istəyir. Anası ilə ünsiyyət etmək istəmir. Bacısı onu atıb anasının yanına getdiyinə görə də bacısı ilə də ünsiyyət etmək istəmir. Məhkəmə iclasında təkrar fikri öyrənilmiş 10 sentyabr 2008-ci il təvəllüdlü X5 bildirmişdir ki, o, 2021-ci ilin iyun ayından anası ilə qalır, atası və qardaşı ilə görüşmək istəyir. Atası ilə tez-tez ünsiyyət edir. Lakin daimi olaraq anası ilə birlikdə qalmaq istəyir. Anası tərəfindən ona hər hansı təsir göstərilmir, anasının yanında qalmaq istəməsi öz qərarıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, birgə nikahdan olan uşaqların fikrinlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-104/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə cavabdeh İddiaçı arasında Füzuli rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 464 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 ataları- Cavabdeh yanında saxlanılmaları, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2020 saylı mülki iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi “xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 ataları-Cavabdeh yanında saxlanılmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat miqdarında alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsi” tələblərinin təmin olunması hissələrində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş və xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı himayəsinə verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.20201-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-104/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.20201-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, azyaşlıların öz şəxsi istəkləri nəzərə alaraq komissiya hesab etmişdir ki, X3 anası İddiaçı himayəsində, X4 isə atası Cavabdeh himayəsində saxlanılmaları azyaşlıların mənafeləri üçün daha məqsədəuyğun hesab edilməlidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan 10 sentyabr 2008-ci il təvəllüdlü X3 və 17 noyabr 2011-ci il təvəllüdlü X4 ataları Cavabdeh yanında saxlanılmaları müəyyən edilmişdir. Hazırda faktiki olaraq birgə nikahdan olan 10 sentyabr 2008-ci il təvəllüdlü X5 iddiaçının, yəni anasının yanında qalır və daimi olaraq anası ilə qalmaq istəyir, xx.xx.2011-ci il təvəllüdlü X7 isə atası, yəni iş üzrə Cavabdeh yanında olmaqla daimi olaraq atasının yanında qalmaq istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. (maddə 49.2-49.3, 51.2). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra uşaqların atalarının yanında saxlanılması müəyyən edilsə də, bir müddət sonra 10 sentyabr 2008-ci il təvəllüdlü X5 anası ilə qalmaq istəməklə öz iradəsi ilə onun yanına getmişdir. Eyni zamanda hazırda da, Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərini təmin etmək üçün uşaqların məhkəmə iclasında iştirakı təmin edilməklə fikiləri dinlənilmiş, uşaqlardan Jalə Hüseynzadə ona kənar təsirlərin olmadığını qeyd etməklə daimi anası qalmaq istədiyini bildirmişdir. Birgə nikahdan olan Kərəm Hüseynli isə anası ilə ünsiyyət etmək istəmədiyini, daimi olaraq atası ilə qalmaq istədiyini bildirmişdir. Bununla yanaşı, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən də uşaqların öz şəxsi istəkləri nəzərə alınmaqla X3 anası İddiaçı himayəsində, X4 isə atası Cavabdeh himayəsində saxlanılmaları azyaşlıların mənafeləri üçün daha məqsədəuyğun hesab edilmişdir. Bu səbəblə məhkəmə hesab edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqların valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı mütləq nəzərə alınmalıdır. Baxılan iş üzrə X3 anasının, Cavabdeh isə atasının yanında qalmaq istəyi açıq aydın müşahidə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. «Uşaq hüquqları haqqında» BMT-nin Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndinə əsasən, iştirakçı dövlətlər valideynlərinin biri və hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bu şərtlə ki, bu münasibət və əlaqələr uşağın ən yaxşı maraqlarına zidd olmasın. Həmin Konvensiyanın 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə məhkəmə, uşaqların mənafeyini, yaşını və onların fikirlərini, hazırda valideynlərindən kimin yanında qalmaqla, sonra daimi qalmaq istmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi hər iki uşağın iddiaçının yanında saxlanılması hissəsində qismən təmin edilməli və faktiki vəziyyətə uyğun olaraq 10 sentyabr 2008-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmalıdır. Məhkəmə iddia tələbinin aliment tutulması hissəsinə də qiymət verərək qeyd edir ki, birgə nikahdan olan 10 sentyabr 2008-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması müəyyən edildiyindən onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd olunan qanunvericiliyin tələblərini, iddiaçının alimentin sabit pul məbləğində tutulması tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 10 sentyabr 2008-ci il təvəllüdlü X3 əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədilə cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, alimentin tutulması müddəti məsələsinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixdən hesablanmaqla alimentin tutulmasını tələb etsə də, o, yanında olan Jalə Hüseynzadənin tələblatlarının ödənilməsi məqsədilə cavabdehdən ona alimentin ödənilməsi ilə bağlı məhkəməyədək müraciət etməsi, cavabdeh tərəfindən alimentin ödənilməsindən imtina edilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və bu halla bağlı işin araşdırılması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarxidən, yəni xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10 sentyabr 2008-ci il təvəllüdlü X5 faktiki vəziyyətə uyğun iddiaçının yanında saxlanılmalı, onun saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 10 sentyabr 2008-ci il təvəllüdlü X5 (faktiki vəziyyətə uyğun) anası İddiaçı yanında saxlanılsın. 10 sentyabr 2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə İş № 2(003)-104/2020 İCRA VƏRƏQƏSİ Bakı şəhər Xəzər Rayon Məhkəməsi 10 avqust 2020-ci il Bakı şəhəri Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı Cavabdeh və onun vəkili X6, Cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili X8 iş üzrə əlavə ekspertiza keçirilməsi barədə vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Qət etdi: xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulsun. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyə, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra Məmurları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən İcra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün bütün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tələbkarın adı, ünvanı – Cavabdeh, (xx.xx.1972, Füzuli rayonu, Pirəhmədli kəndi) Füzuli rayonu, Mandı kəndi. Faktiki ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Sahil” düşərgəsi. Tel:. 050 394 59 57. Borclunun adı, ünvanı – İddiaçı (xx.xx.1989, Sabirabad rayonu, Mürsəlli kəndi), Füzuli rayonu, Mandı kəndi. Faktiki ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Sahil” düşərgəsi. Tel:. 070 823 17 40. İcra vərəqəsi 10 avqust 2020-ci il tarixdə verilmişdir. Hakim: Sabit Bəhrəmzadə AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Az-1044, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Telman küçəsi 4. Telefon ***-**-** İş № 2(003)-104/2020 10 avqust 2020-ci il Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2020 nömrəli mülki iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsinin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti –3 vərəq icra vərəqəsi – 1 vərəq Hakim: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar