Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1337/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə – Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay bir uşağa görə 246 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər İddiaçı (bundan sonra birinci tərəf) və Cavabdeh (bundan sonra ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Hər iki tərəf nikahın pozulmasına razıdır. Birgə nikahdan anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı (birinci tərəf) himayəsində qalmasına razıdırlar. Cavabdeh, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 üçün yetkinlik (18 yaş) yaşına çatana kimi xx.xx.2025-ci il tarixdən etibarən İddiaçı aylıq əmək haqqından 246 mant aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məqsədlə barışıq sazişini və İddiaçı ona təqdim edəcəyi özünə məxsus bank kartı hesabını könüllü şəkildə icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İddiaçı, Cavabdeh birgə nikahdan anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X3 ilə xx.xx.2025-ci il tarixdən etibarən uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti olmadan (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Tərəflər bu mübahisənin məhkəmədən kənar qaydada, qarşılıqlı razılıqla həll olunduğunu təsdiq edirlər. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrdə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. İddia ərizəsinin məzumununda müəyyən olunur ki, iddiaçı cavabdehdən qanunla müəyyən olunmuş qaydada aliment tutulmasını, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay bir uşağa görə 246 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin hazırki, mülki işə iddia icraatı qaydasında baxılmalı deyil, xüsusi icraat qaydasında baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlamış və həmin barışıq sazişinə əsasən Cavabdeh, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 üçün yetkinlik (18 yaş) yaşına çatana kimi xx.xx.2025-ci il tarixdən etibarən İddiaçı aylıq əmək haqqından 246 mant aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu məqsədlə barışıq sazişini və İddiaçı ona təqdim edəcəyi özünə məxsus bank kartı hesabını könüllü şəkildə icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyi barədə razılaşmışdırlar. Bu səbəbdən də, alimentin alınması ilə bağlı iddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə iddia icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, bu cür ərizələr ərizələri daxil olduqda, ərizədən imtina olunmasını müəyyən edən konkret norma olmadığından, ərizədən imtina olunmasına dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, ərizəçinin mövcud ərizədən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır.. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1337/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1337/2025
31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver