Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-134/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X2, Cavabdeh X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh X5 qarşı üçüncü şəxs qismində Xəzər rayon İcra hakimiyyəti cəlb edilməklə "uşağın ananın himayəsinə verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı X2 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 ananın yanında saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 göstərdi ki, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-269/2024 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikahı pozulmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Nikah pozulduqdan sonra cavabdehə Məhkəmənin hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur.2 aydır ki uşaq atasının yanından qaçıb onun yanına gəlmişdir.Bundan öncə uşağın öz yanında saxlanması üçün ona zor tətbiq edilmişdir və buna görə polisə şikayət etmişdir.Uşağa daimi olaraq maddi cəhətdən köməklik etmiş,lakin uşaqla görüşəndə onun həmişə baxımsız olduğunu görmüşdür.Əlavə olaraq qeyd etdi ki, 2022-ci il tarixdən cavabdehlə birgə yaşamırlar.Nikah pozulduqdan sonra uşaq 5-6 ay atası ilə, artıq 8-9 aydır ki özü ilə qalır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 göstərdi ki, iddianı qəbul etmir. İddiaçı Əlibəyova Günay uşaqdan imtina etmişdir.7 ay uşağa özü baxıb.Təxminən 5 aydır ki,uşaq anası ilə qalır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixində doğulmuşdur. X1, anası Əlibəyova (Sadıxova) Aygün Fərhad qızıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-12/2-3026/2024 saylı rəydən görünür ki, Əlibəyova Aygünün iddiasına mövqe bildirmək üçün X8 ilə əlaqə yaradılması mümkün olmamışdır. xx.xx.2017ci il təvəllüdlü Sadıxova Nuray bildirmişdir ki, hazırda anası ilə biryerdə qalır və 136 saylı məktəbdə təhsil alır. Atası ilə uzun müddətdir əlaqə saxlamır. Anasının yanında qalmaq öz seçimidir və bundan sonra da anası ilə qalmaq istəyir.X9 anası ilə qalması məqsədə uyğun hesab olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, X2 hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş və evin kommunal şəraitinin qaydasında olduğu, mebel və digər məişət əşyaları ilə qismən təchiz olunduğu,X2 psixoloji durumunun normal olması və daimi iş yerinin olması öz əksini tapmışdır.Müayinə olunan ünvandaki şərait komissiya üzvləri tərəfindən normal olaraq qiymətləndirilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 7.1-ci maddəsinə əsasən, “yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar”. Məhkəmədə müəyyən olundu ki, azyaşlı Sadıxova Nuray hal-hazırda anası X6 ilə qalır.Üçüncü şəxs qismində Xəzər rayon İcra hakimiyyəti X9 anası ilə qalması məqsədə uyğun hesab etmiş və onun ünvanındaki şəraiti normal olaraq qiymətləndirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-134/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-134/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver