Məhkəmə qərarları › İş №2(003)-1416/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1416/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1416/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç övladı anadan olmuşdur. Nikahları kəskinləşdiyi üçün aralarında olan nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-725/2020 saylı Qətnaməsi ilə 1357 saylı akt qeydiyyatı pozulmuşdur. Buna baxmayaraq cavabdeh uşaqların saxlanmasında iştirak etməlidir. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, ona görə də hesab edir ki, cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 da iştirak etməlidir. Cavabdehdən qanunla müəyyən olunmuş qaydada aliment də tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmuna uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ 517463 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 688069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 925596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-725/2020 saylı qətnaməsində görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında Bakı Nikah Evində xx.xx.2009-cu il tarixdə 1357 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları-iddiaçı X3 yanında saxlanmışlar. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 N- 343742 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2020-ci ilin 05-cı ayının 15-ci günündə 119 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2024-00081 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmənin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilkidə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qAsancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qAsancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qAsancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qAsancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qAsancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına uyğun olaraq Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Odur ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar