Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1449/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, Maraqlı şəxs3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, X7 və Maraqlı şəxs3 qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, X7 və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 53 saylı Notariat ofisinin 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, müraciət səbəbi 06 fevral 2019-cu il tarixində Bakı şəhəri Yasamal rayon 53 saylı Notariat Ofisində cavabdehin nümayəndəsi X4 qabaqcadan qurama planı əsasında ikili aldatma və məcburetmə ilə yanlışlıqla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dairdir. İki övladını uşaq ikən itirdiyindən, daima evdə öz dərdilə tənha olmuş, ona aid olmayan işlərdən nə xəbəri olub nə başı çıxır, nə də sadə sənədləşmədə savadı vardır. 31.05.2019-cu ildən həbsdə olan qardaşı Bəşirov Mərhəmət ona hədsiz etibarından sui-istifadə edərək iş birliyində olduğu əvvəllər üzünü belə görmədiyi tanımadığı 3-cü şəxslər dairəsi cavabdeh və nümayəndəsi Yavər Şahbazov qardaşı Bəşirov Mərhəməti 2018-ci il boyu Polisdə şərləyərək günlərlə bezdirir Polisin koridorlarında saxlayır, ona qarşı uydurma iş açır, təhdid edir müstəntiq Şöhrət Hüseynovun. Qardaşı qəbul otağının koridorundan ona zəng edir, izahat vermir və o, 53 saylı Notariat Ofisinə gəlir, cavabdehin nümayəndəsi Yavər Şahbazov onu aldadaraq Buzovna qəsəbəsi bağ massivində yerləşən anadan miras 0.12 ha boş torpağa dair, sonradan bildiyi alqı-satqı müqaviləsinə tələm-tələsik imza atdırır, Notarius nəyə imza atdığına dair izaha etmir və o, bir manat ödənişsiz çıxıb gedir evə, ona elə gəlir ki, qardaşına vacib olan bir sənədə imza atır, fərqində də olmur ki, belə ki ailədə etibarlı sayılır heç vaxt sorğu-suala tutmur, yalnız sonradan 2020-ci ilin may ayında qardaşı Bəşirov X1 zəng edəndə anlamışdır ki, bu alqı-satqı müqaviləsidir, imzasından 4 ay sonra 31 may 2019-cu il tarixində qardaşı Bəşirov Mərhəmət cavabdehlərlə əlaqəli işlər üzrə tutulur, bir il altı aydan sonra isə 15 may 2020-ci il tarixində işin üstü açılır, belə ki girov qismində bağlanan alqı-satqı müqaviləsindən bir il altı aydan sonra cavabdehlər qardaşı Bəşirov Mərhəmətin cavabdehə və atasına, məcbur etmə ilə verəcəyi rüşvətdən 20.000 manat qaliq borcu haqda razılaşdıqları şifahi müqaviləni pozaraq, Buzovna qəsəbəsinə gəlir, nəinki nominal hüquqları olan 0.12 ha boş torpağı zəbt edir, bu azmış kimi alqı-satqı müqaviləsi ilə əhatə olunmayan eyni həyətdə 0.22 ha torpaq və dörd tərəfdən 2 metr 60 cm daş hasar bir giriş çıxışı olan vahid miras külliyatının əhəmiyyətli hissəsi sayılan 0.12 ha boş torpaqla bir həyətdə yerləşən hüquqi nəticələri onlara aid hüquqlarla üst-üstə düşməyən ata-anasının birgə miras dövründə əldə etdiyi 6 qanuni vərəsənin sahibçiliyində olan, fərqli ünvanı olan ünvan 1nzil sayılan ümumi sahəsi 700 kv metr təmirli 1.200.000 manat dəyəri olan 3 mərtəbəli “miras külliyatını da, yalançı 06 fevral 2019-cu il tarixli AN-İ № 592521 saylı 0.12 ha boş torpaq dair uydurma əqdlə öz hüquqlarına qataraq iki ailəni 2020-ci il tarixində fərdi evdən küçəyə atır və hal-hazıra qədər əllərində saxlayırlar. İddiaçı2 iddiaya subyektiv hüquqları 5 nömrəli qoşma ilə təsdiqini tapir. Belə ki Azərişığın abonent bildiriş və işıq sərfiyyatı cədvəlində fərdi evin ünvan adresi və cədvəl ilə fərdi evdə 28 il daimi yaşayışı və ata-anasının vəfat etdiyi gündə “vərəsəliyi qəbul etmiş “ sayılır və həmin tarixlərdən mirası idarə etməklə Konstitusiyanın 29-cu maddəsi ilə mülkiyyət hüuqularına Dövlət təminat verir. Cavabdeh nəinki ona bir manat da olsun pul ödəməyib, bu azmiş kimi, uydurma alqı-satqıdan bir il altı ay vaxt buraxmaqla, 20 min manat əvəzi, kağız üzərində 20 min manat əvəzi girov qismində saxlamalı olacağı 0.12 ha boş torpağı da, nə ondan, nə həbsdə olan qardaşından istəməyib, alqı-satqı müqaviləsindən bir il 6 ay vaxt buraxmaqla, eyni həyətdə yerləşən iki vərəsə qardaşı İddiaçı2 ilə Maraqlı şəxs3 və bacı-qardaşlarına məxsus miras külliyatını, əlavə 0.09 ha torpaq və bitişkənliyində yerləşən lakin fərqli ünvanlı ünvan 2200.000 manat olan 3 mərtəbəli ümümi sahəsi 700 kv metr təmirli, fərdi ev və içində 230 min manatlıq incəsənət əşyaları ilə bir yerdə 8 may 2020-ci il tarixində zəbt edirlər. Bu barədə Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin 2-(003)-3250 saylı Qərardadı icraya yönəlib. Eyni vaxtda torpağın yerquruluşu plan ölçü koordinatlarını saxtalaşdıran cavabdehlərə qarşı Bakı İnzibati Məhkəməsində 2-(112)-4621, MMXT(112)31/2020 saylı, fərdi evin koordinatları ilə 0.12 ha boş torpağın koordinatlarının üst-üstə düşüb-düşməməsi haqda 2-(112) -3117/2021 saylı saylı iş icraatı, Prokurorluqda ümümiyyətlə “torpağın yerquruluşu ilə, 1990-ci ilin “plan ölçü“ arxiv sənədlərinin saxtalaşdirilması barədə şikayət ərizələri vardır. Bu azmış kimi Yasamal rayon Prokurorluğunda 06.02.2019-cu il tarixində bağlanan alqı-satqı müqaviləsinin gerçəkliyinin araşdırılması, Muğan Bankda saxta hesab açılmasının təsdiq edən müşahidə kameralarından çıxarışın alınması haqda araşdırma aparılır, belə ki müşahidə kameraları ilə təsdiq olunacaq ki, cavabdehlər depozitə pul qoymamış, o isə pulu almamış, pulsuz əməliyyat aparmışlar. Cavabdehlərin azğınlığına səbəb gündəlik KİV-lərdən səslənən məmur özbaşınalığı cinayət tərkibli quldurluğu mülkü işlə əvəzlənməsidir, ayrı-ayrı 3 İnzibati Ərazi üzrə Prokurorluq TŞ X3ydasında Şikayətlərilə həbs olunası insanlar azadlıqda gəzir, məhkəmə iclaslarına belə gəlmirlər. Səbəb anadan qalan “miras küllüyatı” dörd divar hasar içində 0.12 ha boş torpaq və əlavə 09 ha istifadədə olan torpaq ilə bir girişli həyətdə 3 mərtəbəli ümümi sahəsi 700 kv metr olmaqla fərdi ev və tərkibində 9 mənzil paylı mülkü onları bir gün məhkəmədən çixarkən həbs etdirib mənimsəməkdir yazmaqda haqlıdırlar. Ailələrinə qarşı ilkin cavabdeh ata, sonra Cavabdeh1 (oğul) və hüquqşünasları Yavər Şahbazovun törətdiyi əməlləri, dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə cinayət təqibi barədə 5 İnzibati Ərazi Prokurorluq ilə TŞ -də iş açılıb və hal hazirda hazırda bununla bağlı həm təhqiqat həm də Məhkəmə Nəzarəti qaydasında İş araşdırmalari aparılır. Ümümiyyətlə fərdi ev yalançı pərdələnən alqı-satqı müqaviləsinin predmeti deyil. Zəbti təşkil edənlər keçmiş Xəzər rayon RPİ-nin rəisi Hüseynbala Möhbaliyev və 2 -ci X9 müavinin aldadaraq yanlışlıqla yönəltmişlər nəticədə cavabdehin quldur dəstəsi 12 nəfər idmançı barədə şikayətləri Xəzər rayon RPİ-də gizlədilmişdir. Bu barədə o, 15 may 2020-ci il tarixində, İstintaq təcridxanasından zəng vuran qardaşı Bəşirov Mərhəmət xəbər verir, zəbtdən zərərçəkən qardaşı İddiaçı2 ilə araları dəyir o onu günahlandırır. O savadsız qadındır. İstintaq təcridxanasından zəng vuran qardaşı onu başa salır ki, bu əqd deyil məcbur etmədir onun özünə də, eyni cavabdehlər öz aralarındakı yalançı əqdlərə görə ümümiyyətlə bir manat belə ödəməyib bu əqdə məcbur edib, eyni qayda ilə digər iki qardaşı evdən zorakılıqla ev əşyalarını ələ keçirmə ilə atırlar küçəyə, işin əvvəllində isə Cavabdeh1 Polisdə təhdid ilə, qardaşı Bəşirov Mərhəmətdən 435 min manat nağd pulunu atası Ağayev Yusifi əvəz etməklə onun adından 435 min manat şəxsi vəsaitini gizlin alır, mənimsəyir, qardaşı cavabdehin imzası olan sənədləri təsadüfdən tapır ona təqdim edəndə boynuna alır. Bu barədə qardaşı cavabdehlərə qarşı ünvan 3i rayon Məhkəməsində 2-(006)- 1760 /20121 saylı iş üzrə iddia qaldırıb. O, nəinki alqı-satqı müqaviləsinə imza atmağa səlahiyyətli deyildi. Bakı şəhəri Xəzər rayon Məhkəməsində bu barədə 06.02.2020 -ci il tarixindən cavabdeh qismində ona və qardaşına qarşı vərəsəliyi qəbul etmiş İddiaçı2 ilə Maraqlı şəxs3 tərəfindən iş icraatı hakim Zaur Tağıyevin icraatındadır. Eyni vaxtda da qardaşı Bəşirov Mərhəmət və onun adından cavabdehin yaşadığı ünvan üzrə ünvan 3i rayon məhkəməsində 2-(006)-3714/2020 saylı iş ilə 2(006)-1760/2021 saylı iş mövcuddur. 53 saylı Notariat ofisində notarius ona bildirməmişlər ki, bu alqı-satqı müqaviləsidir. Notarius tərəfindən aparılmış alqı-satqı müqaviləsi tamamilə yalanlar üzərində qurulmudur. Belə ki, həmin sözügedən əqd üzrə o, guya həmin 0.12 ha torpaq sahəsini 50000 manata satmışdır. Cavabdeh zorla bir neçə adamla onun torpaq sahəsindən əlavə fərdi yaşayış evini də əlindən almışdır, bu barədə yazılı surətdə prokurorluğa müraciət etmişdir. İş hazırda araşdırılır. Halbuki, həmin vaxtı heç bir alqı-satqı müqaviləsindən söz getmirdi. Hal-hazırda da və 2019cu ildə də həmin ərazidə olan torpaq sahəsi, hər bir sotunun dəyəri qara bazarda 25000 manat civarındadır. Necə olur ki, o, 0.12 ha torpaq sahəsini ümumilikdə 0.02 ha qiymətinə 50.000 manata satır? Bu azmış kimi, bir giriş-çıxışlı dörd divar içində yerləşən 0.12 ha boş torpağa aid olmayan dəyəri 1.200.000 manat və içində daimi yaşayan iki qardaşdan xəbərsiz fərqli ünvan ünvan 4 (BİNA) 0005 saylı Fərdi ev və tərkibində 9 mənzili də 3 mərtəbəli 700 kv metr təmirli villani da üstündə cavabdehə hədiyyə edir? Bu əqddən sonra həmin şəxs yəni Cavabdeh1 oglu torpaq sahəsini, bir il altı aydan sonra ondan tələb etmək əvəzinə gecədən keçmiş xüsusi karantin rejimi vaxti 12 nəfər dəstənin köməyi ilə qapıları kəsib içəri soxulur və zorla içəri daxil olaraq, buranın onlara məxsus olduğunu bildirdilər. Notarius tərəfindən bağlanmış alqı-satqı müqaviləsi tamamilə etibarsızdır. Guya satdığı 0.12 ha torpaq sahəsi, notarius tərəfindən 50.000 (əlli min) manat dəyərləndirilmiş idisə, DƏDRX-nin qiymətləndiricisi 0.12 ha bos torpağı 180.000 manat qiymətləndirib və heç bir bank əməliyyatı aparılmadan bu şəxsin mülkiyyətinə vermişdir. Faktiki olaraq nə pul verilmiş nə də torpağın satılması barədə məlumat. Yalnız 08.05.2020-ci il tarixində evinə basqın olunan vaxt xəbər tutmuşdur. Onu tamamilə iki notarius vasitəsi ilə ilkin olaraq Nərimanov rayon 38 saylı Notarius Ofisində cavabdehlərin korrupsiya əlaqələri ilə təkbaşına adına anası rəhmətə gedən 2013-cü il tarixindən 5 il sonra 14 noyabr 2018-ci il təkbaşına adına “vərəsəlik haqqinda şəhadətnamə “ və onun əsasında DƏDRX-dən adına çıxarış və 15 gündən sonra isə ikinci Notariatda 53 saylı Ofisdə alqı-satqı müqaviləsi ilə aldatmışlar. Qeyd olunanlara əsasən, Bakı şəhəri 53 saylı Notariat ofisinin 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməyinin səbəbi 06 fevral 2019-cu il tarixində bacısının Bakı şəhəri Yasamal rayon 53 saylı Notariat Ofisində cavabdehin nümayəndəsi X4 qabaqcadan qurama planı əsasında ikili aldatma və məcbur etmə ilə yanlışlıqla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dairdir. Cavabdeh və nümayəndəsi Yavər Şahbazov qardaşı Bəşirov Mərhəməti şərləyərək tutdurmuş, qardaşının zənginə əsasən bacısı Pərvanə 53 saylı Notariat Ofisinə gəlib, cavabdehin nümayəndəsi Yavər Şahbazov sonuncunu aldadaraq Buzovna qəsəbəsi bağ massivində yerləşən anadan miras qalmış 0.12 ha boş torpağa dair, sonradan bildiyi alqı-satqı müqaviləsinə tələm-tələsik imza atdırıb, Notarius nəyə imza atdığına dair izah verməmiş və iddiaçıya heç bir ödəniş edilməmişdir. İddiaçı istintaqda olan qardaşına kömək üçün lazımlı sənədlərə imza çəkdiyini düşünmüşdür. Sonradan 2020-ci ilin may ayında qardaşı X5 İstintaq Təcridxanasından zəng edəndə anlamışdır ki, alqı-satqı müqaviləsi imzalamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında bildirmişdir ki, alqı-satqı müqaviləsi İddiaçı2 aldadılması ilə bağlanmışdır, etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinin nümayəndəsi, maraqlı şəxslər Maraqlı şəxs1, X7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli 19.11.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında 0.12 ha torpaq sahəsi İddiaçı1 xüusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 06 fevral 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 5 ünvanında 0.12 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. İddia tələbindən görünür ki, iddiaçı tərəfindən müqavilənin aldadılması yolu ilə bağlanması əsas gətirilərək, 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi məhkəmədən xahiş olunmuşdur. İş üzrə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak İddiaçı1 xüsusi mülkiyyətində olmuş və onun tərəfinndən özgəninkiləşdirilmişdir. Mübahisələndirilən alqı-satqı müqaviləsi də İddiaçı1 tərəfindən bağlanmışdır. Belə olan halda İddiaçı2 iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından görünür ki, İddiaçı2 ünvan 5nə dair bağlanmış 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmaqla başqa şəxs tərəfindən satıldığı, iddiaçının həmin müqavilədə ümumiyyətlə tərəf olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı2 hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 müqavilənin etibarsız sayılmasına dair göstərdiyi hallar sübuta yetirilməmiş, o, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı Bakı şəhəri 53 saylı Notariat ofisində bağlanmış 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin etibarsız sayılmasına əsas verəcək hər hansı hal aşkar edilməmiş, iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5 və 339.6-cı maddəsinə əsasən, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, X7 və Maraqlı şəxs3 qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1449/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1449/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver