Məhkəmə qərarları › İş №2(003)-1484/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1484/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1484/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh1 xeyrlərinə ondan tutulan alimentin miqdarını azaldaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X2 Cavabdeh2 xeyrlərinə ondan tutulan alimentin miqdarını azaldaraq hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə qeyri rəsmi nikah münasibələrindən iki uşağı anad olub. xx.xx.2019-cu il tarixli Pirallahı Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bundan sonra rəsmi niakhda olduğu Cavabdeh1 məhkəməyə müraciət edərək ondan aliment tələb etmişdir. xx.xx.2020-cı il tarixli Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Hazırda belə bir vəziyyət yaranıb ki, o dörd uşaq üçün 640 manat məbləğində aliment ödəməlidir. Bu diqqətəlayiq olan və onun maddi vəziyyətimi dəyişdirən bir haldır. Demək olar ki, hazırda özünün əlavə yardıma ehtiyacı var. Lakın onun qazancının və qəlirinin məhkəmə qərarları ilə təyin edilmiş miqdarda alimentin ödənilməsinə imkan vermir. Uşağlarının saxlanılması üçün ondan aliment tutulması qət edilərkən məhkəmə bu halı nəzərə almamışdır və bununla da düzgün qərar qəbul etməmişdir. Ona görə də məhkəmədən ondan tutulan alimentin miqdarını azaldılmasını tələb etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)-208/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X9 və xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay bir uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh2 verilməsi, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-654/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2013-cü il təvəllüdlü X9 və xx xxxxxx 2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay bir uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh2 verilməsi, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. İddiaçı maddi və ailə vəziyyətində dəyişikliyə, yəni rəsmi və qeyri rəsmi nikhada olduğu arvadlarının ona qarşı aliment tələbi ilə müraciət etməsi və nəticə etibarı ilə hazırda 640 manat alimnet ödəməli olduğuna istinad edərək alimentin müəyyən olunmuş miqdarının azaldılmasını və ondan cəmi 320 manat aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “X10” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işinfaktikihallarını, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olması nəzərə alaraq, həmçinin uşaqların saxlanmasının hər iki valideynin borcu olduğunu əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)- 208/2019 saylı qətnaməsi ilə xx xxxxxx 2013-cü il təvəllüdlü X9 və xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh2 xeyrinə tutulan alimentin miqdarı azaldılaraq, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-654/2020 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı azaldılaraq, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(094)-208/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 xeyrinə tutulan alimentin miqdarı azaldılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X9 və xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh2 xeyrinə tutulsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı azaldılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh1ın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar