Məhkəmə qərarları › İş №2(003)-152/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-152/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-152/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətinin nümayəndəsi və vəkili X10 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan “Lexus RX 200T” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə tələb olunan 62.418 manat, İddiaçı2 mənəvi zərərə görə 50.000 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 110 manat və dövlət rüsumu olaraq hər bir iddiaçı tərəfindən ödənilmiş 30 manat, ümumilikdə isə toplam olaraq 62.558 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 İddiaçı1 xeyrinə, 50.030 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 Dövlət Yol Polisi tərəfindən verilmiş AC № 695524 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, «LEXUS RX 200T» markalı (ban JTJBAMCA102010958) 2016-cı il buraxılışlı, **- LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və İddiaçı2 qeyd olunan avtomobili xx xxxxxx 2016-cı il tarixli, ƏN-İİİ № 931713 seriya nömrəli etibarnamə ilə idarə etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 22:00 radələrində İddiaçı2 etibarnamə əsasında idarə etdiyi «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zığ beton yolu ilə Türkan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman 4-cü kilometrdə idarə etdiyi avtomobildən arxada hərəkətdə olan «DAF» markalı, 61 K 2105 Türkiyə dövlət qeydiyyat nişanlı yük avtomobili ara məsafəsini gözləməyərək İddiaçı2 idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq avtomobili yolun kənarında quraşdırılmış dəmir təhlükəsizlik xəttinə sıxmışdır. Qəza nəticəsində İddiaçı2 idarə etdiyi və İddiaçı1 mülkiyyətçisi olduğu «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ciddi zədələnmişdir. Qəzadan sonra hadisə yerinə gəlmiş Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən qəzanın sxemi çəkilmiş və izahatlar alınmışdır. Eyni zamanda, «DAF» markalı, 61 K 2105 Türkiyə dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası Yol X6 tələblərini pozaraq ara məsafəsini düzgün seçmədiyindən öndə olan «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili vurduğundan barəsində inzibati xəta haqqında İXP № ******* nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli protokol tərtib olundu. Bundan sonra «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar Cavabdeh1 dövlətlərarası nəqliyyat və X11 şirkəti və Cavabdeh2 ilə əlaqə saxlasalar da cavabdeh avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün razılaşma əldə olunmamışdır. Bu arada, «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin müəyyən edilməsi məqsədi ilə Toyota Bakı Mərkəzi X2 müraciət etmişlər. Toyota Bakı Mərkəzi X1 texniki şöbəsi tərəfindən avtomobilə baxış keçirilmiş və vurulmuş maddi zərərin məbləği 62.418 manat müəyyən edilmişdir. Vurulmuş maddi zərər kifayət qədər böyük məbləğ olduğundan iddiaçılar avtomobili təmir etdirə bilməmişlər və bu səbəbdən də avtomobildən istifadə edə bilmirlər. Həmçinin, yol nəqliyyat hadisəsini törətmiş Çelik X5 Respublikası vətəndaşıdır, Azərbaycan Respublikası ərazisində müvəqqəti qeydiyyatı olmamışdır, eyni zamanda, cavabdehin idarə etdiyi yük avtomobili Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətə məxsusdur, bu səbəbdən də ərazi aidiyyatı baxımından iddia ərizəsi yol nəqliyyat hadisəsinin baş verdiyi ərazi üzrə verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mənəvi sarsıntı və iztirab keçirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 16sentyabr 2019-cu il tarixli tibbi arayışından da göründüyü kimi İddiaçı2 müayinədən keçərkən ona kəskin posttravmatik stress pozuntusu F43,1 diaqnozu qoyulmuşdur. Bu səbəbdən də, cavabdeh tərəf İddiaçı2 mənəvi zərər vurmuşdur. İddiaçı ona vurulmuş mənəvi zərəri 50000 manat kimi qiymətləndirir. Həmçinin, məhkəmə xərcləri qismində göstərilən hüquqi yardım müqabilində ödənilmiş 110 manat məbləğində pul vəsaiti, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda ödənilmiş 30 (otuz) manat, ümumilikdə 60 (altmış) manat məbləğində dövlət rüsumu da tam təmin olunaraq, cavabdeh tərəfdən iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, İddiaçı1 mülkiyyətində olan “Lexus RX 200T” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə tələb olunan 62.418 manat, İddiaçı2 mənəvi zərərə görə 50.000 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 110 manat və dövlət rüsumu olaraq hər bir iddiaçı tərəfindən ödənilmiş 30 manat, ümumlikdə isə toplam olaraq 62.558 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 İddiaçı1 xeyrinə, 50.030 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti və Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətinin nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq X4rşı irəli sürülmüş iddia əsassızdır. Belə ki, yol nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədilmişdir. Şirkət tərəfindən Cavabdeh2 etibarnamə verilsə də, şirkət onun törətdiyi pozuntuya görə məsuliyyət daşımır. Qeyd olunanlara əsasən, Cavabdeh2 münasibətdə iddianın təmin eidlməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq X4rşı iddia tələbinin rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçılar və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus RX 200T minik **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixində, saat 22:00-da Zığ beton yolu ərazisində XF 105.510 markalı, 61K2105 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın surətindən görünür ki, «DAF» markalı, 61 K 2105 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı2 idarə etdiyi «LEXUS RX 200T» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına Türkiyə vətəndaşı Cavabdeh2 məxsus sürücülük vəsiqəsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş X7 İşlər Nazirliyi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «DAF» markalı, 61 K 2105 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobil "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətinə məxsusdur. İş materiallarından görünür ki, "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkəti tərəfindən Cavabdeh2 02933 saylı vəkalətnamə verilmişdir. İş materiallarına əlavə eidlmiş Toyota Bakı Mərkəzi tərəfindən verilmiş verilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, Toyota Lexus RX markalı **-LL- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli olan ehtiyat hissələrinin ümumi dəyəri 62418 manat təşkil etmişdir. Məhkəmə, qeyd olunanları və Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə, avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozaraq iddiaçıya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. Eyni zamanda, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətinin işçisi olmuş, şirkətə məxsus avtomobillə sonuncu tərəfindən verilmiş vəkalətnamə əsasında avtomobili idarə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı1 maddi zərər yetirilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli 3036 №-li ekspert rəyinə əsasən, 2006 il buraxılışlı “LEXUS RX 200T” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 62418 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “LEXUS RX 200T” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və həmin avtomobilin əvvəlki işlək vəziyyətinin bərpa edilməsi üçün əzilmiş və sıradan çıxmış detalların yenisi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Göstərilən detalların siyahısı və həmin detalları dəyişmək üçün tələb olunan maliyyə vəsaiti ekspert rəyində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, avtomobilin təmirə ehtiyacı olan hissələrinə dair ekspertin gəldiyi nəticələr əsas götürülməklə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “LEXUS RX 200T” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarı kimi 62418 manat məbləğinin götürülməsi əsaslı və məqsədəuyğundur. Bundan əlavə, məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərərə görə 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş PXA51689 saylı sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı2 Tələb oğluna dəymiş zərərə görə sonuncuya 5000 manat sığorta ödənişi edilmişdir. Bununla əlaqədar olaraq, həmçinin, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 62418 manat məbləğində qiymətləndirilərək, həmin ziyanın 5000 manat məbləğinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini nəzərə alaraq, iddia tələbi 57418 manat məbləğdə pul vəsaitinin cavabdehlər Cavabdeh2 və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətindən tutularaq İddiaçı1 verilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehdən mənəvi zərərə görə 50000 manat pulun tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuş, iddia tələbi həmin hissədə yol nəqliyyat hadisəsi nəticəsində əsəb sarsıntıları keçirməsi kəskin posttravmatik stress pozuntusu diaqnozu qoyulması ilə əsaslandırılmış, lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına İddiaçı2 kəskin posttravmatik stress pozuntusu diaqnozu qoyulması barədə arayış əlavə edilsə də, işin məhkəmə tərəfindən araşdırılması zamanı baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya mənəvi zərər dəyməsinə əsas verə biləcək hallar aşkar edilməmişdir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu, vəkil xidməti üçün 110 manat ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 120 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, dövlət rüsumunun 15 manatı, vəkil xidməti üçün ödənilmiş pul vəsitinin 55 manat məbləği, həmçinin ekspertiza tədqiqatının dəyəri qismində 60 manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətindən İddiaçı1 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 57418 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat, vəkil xidmətinə görə 55 manat məbləğində pul vəsaiti tutulmalı, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən alınmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətindən İddiaçı1 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 57418 (əlli yeddi min dörd yüz on səkkiz) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, vəkil xidmətinə görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və X11 Şirkətindən tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rəddedilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar