Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1529/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı X4 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Bakı şəhərində rəsmi nikaha girmədən, 2018-ci il tarixdən faktiki nikaha girməklə ailə qurublar və birlikdə yaşayıblar. Birgə təssərüffat aparmaqla birlikdə yaşamış, faktiki nikahlarından xx.xx.2019cu il təvəllüdlü qızları X6 dünyaya gəlmişdir. Hal-hazırda birgə yaşamırlar və uşaq iddiaçının himayəsindədir, buna baxmayaraq cavabdeh uşağın saxlanılmasında iddiaçıya hər hansı köməklik etmir, uşağın saxlanılmasına maddi dəstək göstərmir. Onun qayğısına qalmaq, dolandırmaq və.s iddiaçının öhdəsindədir, cavabdeh bir ata olaraq övladının hansı şəraitdə necə yaşaması ilə maraqlanmır. Uşağın bütün qayğısı iddiaçının üzərindədir. Bütün bunlar tənha ana olaraq ona bir sıra çətinliklər yaradır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Cavabdehin iddiaçının vəziyyəti barədə məlumatlı olmasına və işləməsinə baxmayaraq uşağın bütün qayğısı, ehtiyacını tamamilə iddiaçı çəkir. Cavabdehin işi və maddi gəliri iddiaçıdan dəfələrlə üstündür, özünün deməsinə görə hər ay 1500 manat maaş alır. Bütün bunlara baxmayaraq övladına laqeydliklə yanaşan ataya qarşı uşaqda ehtiyac hissi vardır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə aliment tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə və etiraz ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda 2025-ci il üçün uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu həddində yəni 246 manat sabit pul məbləğində aliment ödəmək niyyətində olduğunu qeyd etmiş, həmçinin həmin aliment məbləğinin 50 faizindən çox olmayan hissəsini yetkinlik yaşına çatmayan uşağın bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 422946 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2019-cu il tarixdə X1 doğulmuş X5 atası kimi Cavabdeh müəyyən edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 01 fevral 2019-cu il tarixdə 30 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 242454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X4 olan X6 10 yanvar 2019-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 fevral 2019-cu il tarixdə 79 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞB/14/2025-00048 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə, saat 14:30-da təyin olunmuş mediasiya sessiyasında iştirak etməmiş, X4 isə iştirak edərək 10 (on) manat kargüzarlıq xərci və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: F.V.Abdalov). İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də texnik vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1683 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər , 2018-ci il tarixdən rəsmi olaraq nikaha daxil olmadan faktiki nikahda yaşayıblar. Onların faktiki 10 yanvar 2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Hal-hazırda uşaq iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmayan uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmayan uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin etirazına münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh aylıq gəliri 1683 manat təşkil edir. Həmin gəlirin 1/4 hissəsində (420,75 manat) aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tutulacaq alimentin 50 faizindən çox olmayan hissəsini uşağın bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lakin göründüyü kimi cavbadehdən tutulan alimentin 50 faizi (210,37 manat) 2025-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumumdan (246 manat) daha az məbləğ təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, etiraz əsassızdır və təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilərək cavabdehdən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçı X3 ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1529/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1529/2025
04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver