Məhkəmə qərarları › İş №2(003)-153/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-153/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-153/2020 25.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyanın əvəzi olaraq 454,10 manat məbləğində pul vəsaitinin və dəymiş mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin, ümumilikdə 754,10 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə barışıq sazişi və ərizə ünvanlayaraq, aralarında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.Cavabdeh, mübahisə predmeti olan nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1 ədəd SAMSUNG GE83ARW/BW markalı məhsula (mikrodalğalı soba) görə iddaçı tərəfindən ödənilmiş 239 AZN məbləği iddaçıya geri qaytarmağı öz öhdəsinə götürür.

2. İddiaçı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbindən imtina edir, Aldığı məhsulu Cavabdeh MMC-nə geri qaytarmağı və istənilən digər tələblərlə bağlı mübahisə predmeti olan nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1 ədəd SAMSUNG GE83ARW/BW markalı məhsul ilə bağlı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür.

3. Bu saziş Azərbaycan dilində 4 nüsxədə tərtib edilmişdir, tərəflərin hər birinə 1 nüsxə, 1 nüsxəsi isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilməklə, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Məhkəmə tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ

İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı öhdəliklər üzrə təsdiq edilsin:

1. Cavabdeh, mübahisə predmeti olan nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1 ədəd SAMSUNG GE83ARW/BW markalı məhsula (mikrodalğalı soba) görə iddaçı tərəfindən ödənilmiş 239 AZN məbləği iddaçıya geri qaytarmağı öz öhdəsinə götürür.

2. İddiaçı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbindən imtina edir, Aldığı məhsulu Cavabdeh MMC-nə geri qaytarmağı və istənilən digər tələblərlə bağlı mübahisə predmeti olan nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1 ədəd SAMSUNG GE83ARW/BW markalı məhsul ilə bağlı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür.

3. Bu saziş Azərbaycan dilində 4 nüsxədə tərtib edilmişdir, tərəflərin hər birinə 1 nüsxə, 1 nüsxəsi isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edilməklə, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir.

İddiaçı Cavabdeh MMC-yə qarşı “qüsurlu malın satışı ilə əlaqədar müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə əlaqədar çəkilmiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar